Slimfit
  1. TEXNOLOGİYA

Hollandiya Avropanın beş şəhərini birləşdirməyi planlaşdırır

Hollandiya Avropanın beş şəhərini birləşdirməyi planlaşdırır
Sakura

Hollandiya Avropanın beş şəhərini Hyperloop xətləri ilə birləşdirməyi planlaşdırır

Ens.az bildirir ki, Hardt Hyperloop startapı Şimali Hollandiya əyalətinin rəhbərliyi ilə birlikdə Avropanın bir deyil,  beş şəhərini - Amsterdam, Paris, Brüssel, Düsseldorf və Frankfurtu birləşdirəcək vakuum qatarları şəbəkəsinin inşasına başlamaq niyyətindədir.

 Şimali Hollandiya əyalətləri ilə əməkdaşlıq edən  Startap Hardt Hyperloop, vakuum boru xətti içərisində hərəkət edən maqnit yastığındakı kapsulaların faydalarını göstərən bir araşdırma aparıb. Amsterdamdan Paris, Brüssel, Düsseldorf və ya Frankfurt şəhərinə səyahət müddəti bir neçə saatdan on dəqiqəyə qədər azaldıla bilər. "Sərhədlər hərfi mənada sanki bir-birinə qarışacaq" deyə müəlliflər yazırlar.

Məsələn, 30 dəqiqə ərzində Amsterdamdan Brüsselə, bugünkündən fərqli olaraq Parisə 3 saat yarıma deyil, saat yarıma çatmaq mümkün olacaq deyə Guardian yazır.

Pandemiyanın yaratdığı iqtisadi böhranı bir kənara qoysaq , belə bir layihənin iqtisadi faydaları və texniki cəhətdən həyata keçirilməsi hələ də şübhə altındadır. Skeptiklər iddia edirlər ki, yeni nəqliyyat vasitəsini icad etməkdənsə, mövcud nəqliyyat növlərini modernləşdirmək daha yaxşıdır.

Bununla belə, Şimali Hollandiyada nəqliyyata cavabdeh olan Yerun Olthof, sakinləri istənilən ünvana bir saatdan az vaxt sərf etməklə çatdırmağa imkan verən Avropanın beş şəhərindən ibarət "yığcam bölgə" yaratmaq ideyasına  heyran olduğunu söyləyib.

Tədqiqatçıların fikrincə, vaxta qənaət edərək vilayətin ÜDM-i 121% və ya 275 milyard avro artırmaq olar. Eyni zamanda Sxiphol hava limanından uçuşların sayı 2040-cı ilə qədər azalacaq ki, bu da qlobal istiləşmə ilə mübarizədə vacibdir.

Tərəfdaşlar araşdırmalarını davam etdirəcək və 2013-cü ildə İlon Mask tərəfindən təklif olunan layihənin həyata keçirilməsinin mümkünlüyü barədə digər qurumlarla əlavə məsləhətləşmələr aparacaqlar. 2017-ci ildə Mask tərəfindən təşkil olunan ən yaxşı Hyperloop ideyasını prototipləşdirmək layihəsi üzrə beynəlxalq müsabiqədə qalib gələn Hardt Hyperloop startapının qurulmasında Tesla və SpaceX şirkətinin rəhbərliyinin əli var.

Startap artıq Delft şəhərində 3 kilometrlik bir sınaq yolu qurub və dəmir yolu operatoru Deutsche Bahn və polad nəhəngi Tata Steel də daxil olmaqla ciddi tərəfdaşların dəstəyini təmin edib. Bundan əlavə, şirkət  bir qoldan başqasına keçmək üçün hərəkətli hissələr tələb etməyən unikal bir texnologiyaya sahibdir.

 

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR