Holga mobil fotoprinterinə enerji mənbəyi lazım deyil
Mikroskopik fotoşəkillərin çapı üçün cihaz mənasız gəlir, amma onun buraxılması üçün pul çox sürətlə yığıldı.
Holga Digital şirkəti smartfonlarla birlikdə istifadəsi üçün nəzərdə tutulan mobil fotoprinter təqdim etdi. Printerin buraxılması üçün vəsait toplanmasını təşkil edən istehsalçının sözlərinə görə, o “obyektivsiz Holga 120 kamerasına oxşayır”.
Printerin ölçüsü - 146x109x57mm, çəkisi 360q təşkil edir.
Cihaz yığılan konstruksiyaya malikdir və enerji mənbəyinə ehtiyacı yoxdur. Bundan başqa, o smartfona qoşulmur. Çap üçün printeri açmaq, onun üzərinə smartfonu qoymaq, bundan sonra “çəkmək düyməsini basmaq” lazımdır. Bu hərəkətlərin nəticəsində ani şəkil çəkiləcək. Sərfiyyat materialı kimi Fuji Instax Mini kartriclərindən istifadə edilir, çap ölçüsü 54x86mm, şəklin özünün ölçüsü isə 46x62mm təşkil edir. Çəkilişin rəngli və ya ağ-qara olması printerə qoyulan kartricin növündən asılıdır. Holga şəkillərə bədii filtrlər tətbiq etməyə, imza və işarələr əlavə etməyə imkan verəcək Android və iOS mobil proqramlar buraxmağı planlaşdırır.
Holganı əldə etmək üçün minimal ödəniş 51 dollardır. Ən azı 19 min dollar yığmağı nəzərdə tutan layihə müəllifləri artıq 28min dollar yığıblar. Vəsait toplanması 37 gün sonra bitəcək, cihazların göndərilməsi isə gələn ilin mart ayında başlanacaq.
Mənbə: Ixbt.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət