Slimfit
  1. İQTİSADİYYAT

Hökumətin koronavirusa qarşı mübarizədə xərcləri yetərlidirmi?

Hökumətin koronavirusa qarşı mübarizədə xərcləri yetərlidirmi?
Sakura

Hökumətin koronavirusa qarşı mübarizədə xərcləri yetərlidirmi?

Koronavirus pandemiyası iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq içdən ciddi şəkildə vurdu. Bəli, bu ilk böhran deyil. Müstəqillik əldə etdikdən sonra 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə böhran yaşamışdıq, lakin bunların heç biri ölkəmizin iqtisadiyyatı üçün bu cür şok təsir bağışlamamışdı.

Proses hələ davam edir və tam olaraq nə vaxt qutaracağı da bəlli deyil.

Lakin iş ondadır ki, bu dəfə həm də daha yaxşı və güclü müqavimət göstərdik, göstərməkdə də davam edirik. Belə ki, böhran dövlətin və hökumətin qarşısında birdən-birə sayca iki olduqca mühüm və vacib məsələni həll etmək vəzifəsi qoydu ki, hökumət bunun müqabilində "başını itirmədi".

Bu vəzifələr hansılar idi? Birincisi, əhalinin sağlamlığı qayğısına qalmaq, ikincisi isə iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək xaos və misilsiz tənəzzüldən sığortalamaq.

Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi, yuxarıda qeyd etdiyim hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar isə xarici dairələrin də diqqətindən yayınmayaraq müsbət qiymətləndirildi.

Hansı ki, hər iki vəzifənin icrası sinxron həyata keçirilməklə bu siyasət davam etdirilməkdədir.

Sözüm bunda deyil. Bəziləri isə həyata keçirilən tədbirlərin və görülən işlərin oturub yalnız maliyyə tərəfini hesablamaqla məşğuldurlar ki, sanki hər şeyi məhz bu, həll edir. Və müqayisələr gətirirlər ki, filan inkişaf etmiş ölkədə anoloji vəziyyətlə əlaqədar milyardlarla və trilyonlarla vəsait xərclənir və daha yeni-yeni həcmlərdə vəsaitlər ayrılması nəzərdə tutulur.

Halbuki söhbət, o ölkələrdən gedir ki, xammal resurslarından asılı deyillər və böyük ixrac potensialına sahibdirlər. Məsələn, götürək, elə Birləşmiş Ştatlarını. ABŞ üçün 5-6 trilyon dollar məbləğində maliyyə dəstəyi Federal Ehtiyat Sistemi üçün həm də əlavə emisiya deməkdir, o mənada ki, bu izafi nəğd pul kütləsi adı çəkilən dövlət tərəfindən sonradan onun nüfuz dairəsində olan BVF və DB kimi qurumlarda da yerləşdirilə bilər və elə dolayı məqsədlərdən də biri məhz bundan ibarətdir.

Həmçinin digər ölkələr üzrə də...

Odur ki, koronavirus pandemiyası ilə bağlı inkişaf etmiş ölkələrin dəstək və kompensasiya tədbirləri ilə bizdəkini müqayisə etmək düzgün deyil. Azərbaycan hökumətinin sözügedən ölkələr ilə müqayisədə bu sahədə həyata keçirdiyi siyasət və ayırdığı vəsait böyük şücaət sayılmalıdır.

Birincisi, ona görə ki, dövlət başçımız İlham Əliyevin koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq ilə bağlı bir sıra tədbirlər haqqında 19 mart 2020-ci il tarixdə imzaladığı Sərəncam nəzərə alınmalıdır.

Hansı ki, həmin sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkün idi, lakin əsas, bu deyil.

Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Təkrar edirəm, əsas bu deyil. İkincisi isə, sözügedən sərəncamla yaradılan İşçi Qruplarının pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırlanacaq və hökumətin həyata keçirəcəyi tədbirlər planları ilə bağlı lazım olacaq vəsaitin heç də məhz 1 milyard manatla bitməli olduğu heç bir yerdə deyilməyib.

Əksinə, ən azından insanların evdə qala bilməsi üçün əvvəlcə 1 milyard manat məbləğində sosial-iqtisadi paket nəzərdə tutulmuşdusa, sonra bu rəqəmin 2,5 milyard manat təşkil edəcəyi və ilkin olaraq həyata keçirilən addımlardan sonra vəsaitin həcminin 3-3,5 milyard manatı da ötə biləcəyi söylənildi.

Bu da ondan irəli gəlir ki, dövlət xərclərə görə narahat olmur və heç nəyi vətəndaşdan əsirgəmir.

Sözüm bunda deyil.

Maliyyə Nazirliyinin açıqlamasına görə, 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulan vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 milyon 257 min manat ayrılaraq maliyyələşmə həyata keçirilib ki, bunun strukturu da geniş şəkildə açıqlanıb.

Bu, sondurmu?! Xeyr...

Təkrar edirəm: proses hələ davam edir və tam olaraq hələ nə vaxt bitəcək bəlli deyil. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsait ayrılıb.

Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib.

Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 milyon 757 min manat həcmində vəsait sərf olunub.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) 229 milyon manat vəsaitin köçürülməsi artıq, başa çatdırılıb, işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə də 15 milyon manat vəsait ayrılıb.

ƏƏSMN-nə bu məqsədlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin 244 milyon manatlıq hissəsi Maliyyə Nazirliyi tərəfindən tam təmin edilib və sair...

Xatırladıram ki, keçən il sosial sahədə startı verilən genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulduğundan, 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün 4 milyard manata qədər əlavə vəsait xərclənməsi planlaşdırılırdı.

Bunun ən azı 2,5 milyard manatını koronavirus "yeyəcək". Yəni, bu, qaçılmazdır. Lakin əsas bu deyil. Əsas odur ki, vətəndaşlar kimi iqtisadiyyatımız da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalansın və sağ-salamat çıxsın.

Sözün qısası, demək istədiyim budur ki, koronavirus pandemiyasının nə qədər zərər vuracağı, bundan qurtulmaq üçün nə qədər vəsait xərclənəcəyi hələlik bəlli deyil. Tələsməyə dəyməz.

Bəli, postpandemiya dövründə də müvafiq dəstək siyasəti davam etməlidir. Onsuz da ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin üçüncü rübünün axırınadək müddəti əhatə edir. Ola bilsin, bunların bəzisi uzadılsın. Odur ki, bunlar həm nağd, həm də müvafiq nağd ödənişlər üzrə dolayı yolla güzəşt xarakterli tədbirləri əhatə edir və edəcək.

Və bir də ki.... Əsas, nə qədər pul xərcləniləcəyi ilə deyil.

Xərcləniləcək pulun səmərəsindədir...

İqtisadçı-ekspert Pərviz Heydərov

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR