Slimfit
  1. DÜNYA

Hökümət üzvləri nə qədər kökdürsə, xalq o qədər incə olur - TƏDQİQAT

Hökümət üzvləri nə qədər kökdürsə, xalq o qədər incə olur - TƏDQİQAT
Sakura

Hökümət üzvləri nə qədər kökdürsə, xalq o qədər incə olur - TƏDQİQAT

“Economics of Transition and Institutional Change” təşkilatının yayımladığı bir araşdırmada kök nazirlərlə ölkənin korrupsiya səviyyəsi arasında güclü bir əlaqə tapılıb.  Tədqiqat üçün 14 ölkədən 299 nazir haqqında məlumatlar alınıb.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, söhbət Ukrayna, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Estoniyadan gedir.

Fransanın Montpellier Universitetindən Pavel Blavatski tərəfindən hazırlanan bir araşdırmaya görə, postsovet dünyasının ən korrupsiyalaşmış ölkələrində ən çox kilolu siyasətçilərə meyllidirlər.

Blavatskinin tibbi qeydlərə çıxışı yoxdur, buna görə 2017-ci ildə postsovet respublikalarından olan 299 kabinet nazirinin fotoşəkillərini bədən çəkilərinə görə sıralayıb.

Sonra bu, “Transparency International”ın illik indeksi və Dünya Bankının qəbul edilmiş korrupsiyanın 5 göstəricisi ilə müqayisə edilib.

“Medianlarımızın hesabladığı bədən kütləsi indeksi, qəbul edilən korrupsiyanın bütün 5 ənənəvi ölçüsü ilə çox əlaqəlidir. […] Gizli nəhəng siyasi korrupsiya, yüksək vəzifəli şəxslərin fotoşəkillərində sanki görünür” deyə Blavatski bildirib.

Postsovet dünyasında Baltikyanı üç dövlət şərti olaraq ən az korrupsiyalaşıb: Estoniya, Latviya və Litva, eləcə də Gürcüstan. Blavatskinin araşdırmasına görə, bu dörd ölkə nazirlərinin bədən çəkisi ən aşağıdır. Türkmənistan, Tacikistan və Özbəkistan kimi  korrupsioner ölkələrdə isə nazirlər kökdür.

Müəllif qeyd edir ki, kasıb ölkələrdə nazirlər kilolu olmağa ən çox meyllidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR