Dərc edildi: Baxış sayı: 357
“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutduğunu etiraf edib
İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, “Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib” - bəyanatda deyilir.
Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını “birbaşa vura” biliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət