Dərc edildi: Baxış sayı: 623
Hitlerin ölümqabağı teleqramı ABŞ-da satışa çıxarılıb
Nasist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqramı ABŞ-da hərraca çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə "İzvestiya.ru" məlumat yayıb.
Qeyd edilir ki, Hitler bu teleqramını general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist Almaniyasının başçısı teleqramda Berlində qalmaq istədiyini bildirib.
"Mən Almaniya üçün həlledici döyüşdə iştirak etmək və qalanlara nümunə olmaq üçün Berlində qalacağam", - Hitler yazıb.
Hərracda Hitlerin teleqramından başqa Şernerin cavabı da satışa çıxarılıb. Feldmarşal cavab məktubunda Hitlerdən mühasirəyə alınmış şəhəri tərk etməyi xahiş edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət