Slimfit
  1. MARAQLI

Hitlerin həyata keçməyən 10 arzusu

Hitlerin həyata keçməyən 10 arzusu
Sakura

Hitlerin həyata keçməyən 10 arzusu

Adolf Hitler qətiyyən tərəddüd etmirdi- qalib gələcək və dünyanı idarə edəcək. Nasistlərin strategiyası yalnız müharibədə qələbə qazanmaq deyildi, onlar  bütün dünyanı ələ almağı planlaşdırırdılar. Hər şeyin necə görünəcəyi ilə bağlı əvvəlcədən planları da vardı. Hitler İkinci Dünya Müharibəsini qazansaydı, indiki dünya yəqin ki, tanınmaz olardı. Ens.az saytı Hitlerin xəyalında olduğu 10 arzusunu təqdim edir.

Amerika hindulara qayıdır

Hitler özü radikal millətçi olsa da, Ari irqini qalanları üzərində ucaltsa da, Amerika torpaqlarını - yerli, buranın köklü əhalisi olan hindulara qaytarmağı vəd edirdi. II Dünya Müharibəsi dövründə Nasist liderləri Amerikada yaşayan amerikalılarla da danışmışdılar, qalib gələcəkləri təqdirdə onlara yaxşı şeylər vəd etmişdilər və öz növbəsində kiçik qruplarla görüşlərdə Hitler tərəfindən başçılıq edilən siyasətə və ideyalara dəstək ifadə edirdilər, yəhudiləri hindu dünyasına əzab verən iblisin uşağı adlandırırdılar .

Hitler arxa xəttdən gələn dayağı xüsusilə sevirdi, buna görə zabitlərini hindularla iş birliyinə göndərdi. Fürerin niyyət və vədlərinin gerçək olub olmadığını heç vaxt bilməyəcəyik, amma çox sayda insan ona etibar etdi - Amerikada 750 mindən çox. ABŞ-a qarşı mübarizədə Almanlara kömək edəcək Hindu ordusu.

Kosmosda böyük güzgü

Şübhəsiz ki, nasistlərin ən qəribə niyyətlərindən biri kosmosa nəhəng bir güzgü qoymaq idi. Diametri 1,6 kilometr olan güzgünü yer üzündən 36 min kilometr yuxarıya qaldırmağı planlaşdırırdılar. Bu güzgünün məqsədi çox sadə idi - günəş şüalarını düşmənlərə yönəltmək və onları yandırmaq. Eynən balaca uşaqların lupayla qarışqalarla mübarizə apardıqları kimi.

Güzgünün kosmik stansiya kimi olacağı güman olunurdu. Burada xüsusi agentlərin bölmələri yerləşdiriləcəkdi ki, yerdəki həmkarları ilə əlaqə quracaq və günəş işığının mövqeyini lazımı yerlərə yönəltmək üçün onu deyilən istiqamətlərə hərəkət etdirəcəkdilər. Hələ də məlum deyil, belə bir dəli plan işləyərdi yoxsa yox, ancaq ixtiraçı German Obert hətta müharibədən sonra da, belə bir texnologiya təklif etmişdi.

Asiya ölkələrinin ümumi rifahı

Hamıya məlumdur ki, Almaniyanın müharibədəki ən etibarlı tərəfdaşlarından biri Yaponiya idi. Hər şey onlar üçün idi - almanlar və yaponlar artıq bütün dünyanı bölüşdürmüşdülər. Asiyanın çox hissəsi, o cümlədən Hindistan Yaponiyanın olacaqdı. Bu superdövlətə hətta titul da verilmişdi "Asiya ölkələrinin ümumi sərvəti". Əlbəttə ki, bu, Sovet İttifaqı kimi, böyük Asiya dövlətlərinin iqtisadiyyatlarını Yaponiyanın xeyrinə qurban verəcəyi fikrini yayındıran yüksək və gözəl bir ad idi.

Yaponiya hətta Asiyanı bütövlükdə nasistlərin qələbəsinə aparacaq bir sıra qaydalar yaratmışdı. Bütün layihə Asiya xalqlarının Qərb kapitalizminin zülmündən qurtarması kimi təqdim edilirdi və şüarı "Asiyalılar üçün Asiya" idi. Bu birliyə daxil olan hər bir ölkə Yapon dilini öz milli dili kimi qəbul etməli idi və hər bir ölkədə yapon mədəniyyətinin inkişafını və saxlanmasını təmin etmək üçün hər məktəbdə ən azı bir yapon müəllimi olmalı idi. Maraqlı bir məsələ odur ki, ilkin fakta görə Avstraliya və Yeni Zelandiya da bu ölkələrin siyahısındaydı.

Xalq divarı

Hitler yaxşı bilirdi ki, uğur qazanacağı təqdirdə dünyada iki supergüc - Almaniya və Yaponiya yaranacaq və aralarındakı gərginlik gec-tez qaçılmaz dərəcədə artacaq. Bu səbəbdən də Avropanın şərq sərhədlərini möhkəmləndirmək niyyətində idi. Düzdür, möhkəmləndirmələr silah və ya tanka söykənmirdi - bütün bunları insanlar  etməli idi. Ən azı 12 il və ya daha çox nasist ordusunda xidmət edən hər bir veteran şərqə göndəriləcək, orada malikanə və silah alacaqdı. Bu kişilərin məqsədi Avropa və Almaniyanı Şərq təhlükəsindən qorumaq üçün yerli qadınlara rəhbərlik etmək və yarı alman əhalisini maksimuma çatdırmaqdır. Qayda sadə idi - hər kişi ən azı 7 uşaq "doğuzdurmalı" idi.

ABŞ siyasəti 

Hindiulara onların Amerikadakı torpaqlarını bərpa edəcəyinə söz verilsə də, Hitler ABŞ-a hücum etməyi planlaşdırmırdı. Dünyanın ən güclü ölkəsi ilə etibarlı münasibətləri qorumağa çalışırdı, ancaq şəxsən nifrət edirdi - daim yaxın çevrəsinə Amerika cəmiyyətinə və bu ölkə ilə əlaqəli hər şeyə qarşı dözə bilmədiyini deyirdi, çünki həmin cəmiyyətdə yəhudilərin ciddi nəzarəti vardı.

Hitlerin Amerikaya hücum etməməsinin səbəbi - Amerikanın İngiltərə tərəfində olacağını, ölkələr arasındakı müharibənin baş tutmayacağını düşünməsi idi. 

Şərqi Avropada köləlik

Aydındır ki, nasistlərin ən böyük nifrəti yəhudilərə idi və onları məhv etməyə çalışdılar, amma siyahıda ikinci yerdə slavyanlar gəlirdi Əlbəttə ki, slavyanların əksəriyyəti Rusiyada idi, lakin bütün rusların məhv edilməsi hədsiz dəli və mürəkkəb iş olardı, buna görə Üçüncü Reyx əvvəlcə Şərqi Avropanı - slavyanların sıx yaşadığı əraziləri "təmizləməyi" planlaşdırmışdı. Plana görə, slavyan elitası öldürülməli, qalan insanlar Sibir və digər əmək düşərgələrinə göndərilməli idi. 50 milyondan çox Alman yeni yerlərdə ailələr yaratmaq üçün onların yerlərinə göndəriləcəkdilər.

Qandi öldürülür

Müharibə dövründə Hindistan hələ də Britaniyanın təsir zonasında idi. Hitler Mahatma Qandi ilə münasibətlərində dəfələrlə Britaniya Parlamentinə istinad etmişdi. Mənəvi liderin təşkil etdiyi dinc aksiyaları və fəlsəfəsini açıq elan edən bu şəxsi sevmirdi. Qələbə qazansaydı, Hitler Qandini məhv edəcəkdi və bütün Hindistan xalqı qeyri-insani repressiyalara məruz qalacaqdı.

Britaniya köləliyi

Müharibənin gedişatında, Hitler İngiltərə hakimiyyətinin öhdəsindən gələ bilmədikdən sonra, qalib gələcəyi təqdirdə qüvvəyə minməli olan qaydaları nəşr etdi. 17 yaşdan 45 yaşa qədər olan hər bir britaniyalı kontinental Avropaya köçürüləcək və fiziki işlərdə səylə çalışacaqlar. Qadınlar və uşaqlar evdə qalacaq, eyni zamanda nasistlərə qeyd-şərtsiz itaət edəcəklər. Himmlerin daha da qəddar bir planı vardı - İngiltərə əhalisinin 80 faizinin məhv edilməsini təklif edirdi.

Müsəlmanlar üçün azadlıq

Almaniya və faşistlər tamamilə xristian olsalar da, Hitler və Himmlerin müsəlmanlara olan rəğbətləri sadəcə təəccüblü idi. Bu dinin onlar üçün daha yaxşı olacağını iddia edirdilər. Bu, ehtimal ki, onlar üçün eyni düşmənlərdən qaynaqlanırdı - İngilislər, Yəhudilər və Sovetlər Birliyi. Nəticədə, müsəlmanlara bütün Yaxın Şərq dövlətləri vəd edildi. Müharibə başa çatdıqda və almanlar məğlub olduqda Hitler elan etdi ki, müsəlmanlarla əməkdaşlıq etməməklə və onlarla çiyin-çiyinə ümumi düşmənlərə qarşı mübarizə aparmamaqda səhvə yol verib.

Şərqi Avropanın Yehovanın Şahidlərinə çevrilməsi

Hitlerin sağ əli olan Himmler, Yehovanın Şahidləri (xristian dinində təriqət - red.) rəğbət bəsləyirdi. On minlərlə Yehova Şahidinin həbs düşərgələrində öldürüldüyünə baxmayaraq, o deyirdi: «Əhər Yehovanın Şahidləri inadkarlıqlarından və Almaniyaya olan inamlarından istifadə etsəydilər, biz indikindən qat-qat güclü olardıq». Bir sözlə, Şərqi Avropada bu iman gerçəkləşəcək ki, insanlar dövlətin xeyrinə çalışsınlar - tamamilə itaətkar olsunlar.

Mənbə: Вневремени

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR