Dərc edildi: Baxış sayı: 832
Hitlerin Almaniyada siqareti qadağan etməsinin səbəbləri
Hitlerin Almaniyada siqareti qadağan etməsinin səbəbləri.
Moderator.az xəbər verir ki, 1930-1940-cı illərdə Almaniyada siqaret çəkmək qadağan edilərkən, onun reklamı da aradan qaldırıldı. Bununla bağlı 15 min insanın iştirak etdiyi bir tədbir də təşkil olundu. Hitlerin ən böyük istəyi tütünü yer üzündən silmək olub. O dövrdə alman həkimləri tərəfindən aparılan araşdırmalar nəticəsində siqaretin ağ ciyər xərçəngi yaratdığı aşkar edildiyi üçün bu qadağanın qoyulması lazım bilinib.
Əsgərlərə və mülki şəxslərə küçələrdə siqaret çəkmək qadağan edildi. Zərərli olduğu üçün qadınlara da siqaret satılmasında problemlər oldu. Sürücülər sükan arxasında siqaret çəkərkən cərimələndilər. Bir sözlə, Hitler hər yerdə siqareti qadağan etməyə çalışdı.
İkinci Dünya Müharibəsinin sonunda isə Almaniyaya qaçaqmalçılıq yolu ilə 400 milyon amerikan siqareti gətirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət