Slimfit
  1. DÜNYA

Hitler niyə slavyanları ari irqindən saymırdı

Hitler niyə slavyanları ari irqindən saymırdı
Sakura

Hitler niyə slavyanları ari irqindən saymırdı

İkinci Dünya Müharibəsinin səbəbkarı sayılan Adolf Hitlerin addımları həm də etnik təmizləmə ilə bağlıydı. Üçüncü Reyxin rəhbəri Almaniyada ari irqini formalaşdırırdı. Hitler almanları bu etnik istiqamətə aid edirdi.

 

Bizimyol.info xəbər verir ki, antropoloqların və linqvistlərin 18-ci əsrdəki araşdırmasına görə, arilər Yaxın Şərqə və Hindistana eramızdan əvvəl Avropadan soxulmuşdu. Məhz bu xalqın fars və hind sivilizasiyalarını yaratdığı bildirilir. Sanskrit, latın, yunan və alman dillərinin yaxınlığı Hitlerə də mənsub olduğu xalqı ari irqinə aid etməyə əsas verirdi.

Həmin xalqın indiki almanlara oxşarlığı çox olub. Açıq rəngli saçları olan, ucaboylu, güclü, göy-yaşıl gözlü adamlara indi Almaniyada da rast gəlmək mümkündür.

Bəs Hitler niyə slavyanları ari irqindən saymırdı? Almaniya lideri “Mayn Kampf” kitabında buna aydınlıq gətirib. Hitlerin fikrincə, slavyanlar asiyalılara qaynayıb-qarışıb. Çoxsaylı müharibələr, məğlubiyyətlər öz işini görüb. Hitler şərqiavropalıları misal göstərirdi. Üçüncü Reyxin rəhbəri onların geridə qaldığını yazırdı. Yəni qərbdəkilərdən daha çox geridə qaldıqlarını bildirirdi.

Tarixçilərin bir çoxu hesab edir ki, qədim Yunanıstan və Roma dövlətləri irqlərin qarışmasına görə dağılıb. Hitler bu məqamı unutmurdu və özünəməxsus şəkildə təmizlik işi aparırdı.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR