Dərc edildi: Baxış sayı: 726
Hindli pilotun bığları trendə çevrildi
Pakistan və Hindistan arasındakı gərginlikdən sonra Pakistan tərəfindən saxlanılan və ötən həftə ölkəsinə ekstradisiya edilən hindli pilotun bığları Hindistanda fenomen olub.
Moderator.az xəbər verir ki, ötən həftə Hindistan və Pakistan arasındakı gərginlik zamanı idarə etdiyi təyyarə Pakistanın nəzarətindəki Cemmu Kəşmir bölgəsi üzərində endirilən və Pakistan tərəfindən saxlanılan pilot Abhinandan Varthamanın bığ stili Hindistanın yeni trendi olub.
Qəhrəman elan edilən pilotun bığ tərzi ölkə daxilindəki kişilər tərəfindən çox bəyənilib və "Abhinandan" adı verilən bığ üçün çox sayda hindli kişi bərbərə axın edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət