Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Hindistanlı həkimlərdən şok açıqlama: koronavirusa qarşı zəncəfil yeyin

Hindistanlı həkimlərdən şok açıqlama: koronavirusa qarşı zəncəfil yeyin
Sakura

Zəncəfil yeyin: Hindistan həkimləri koronavirusla mübarizədə kömək edəcək 6 ərzağın adını açıqlayıblar

Həkimlər hesab edir ki, bu məhsullar rasiona daxil edilərsə, immunitet sisteminin güclənməsinə səbəb olar və bədənin xəstəliklərə qarşı müdafiəsini yaxşılaşdırar.

Koronavirus infeksiyasına qarşı ən həssas olanlar zəif immuniteti olan insanlardır, buna görə də bədəni bütün mümkün yollarla gücləndirmək çox vacibdir.

Ens.az bildirir ki, bununla əlaqədar, hind həkimləri altı məhsulu müəyyənləşdiriblər: onların rasiona daxil olması immunitet sistemini gücləndirməyə və bədənin xəstəliklərə qarşı müdafiəsini yaxşılaşdırmağa kömək edəcəkdir.

"Əgər hətta sizə COVID-19 diaqnozu qoyulsa da, zəifləmiş immunitet sistemi olan bir insandan daha sürətli xəstəliklə mübarizə apara biləcəksiniz. Bu gün düzgün qidalanmaq və qoruyucu funksiyanı yaxşılaşdırmağa kömək edə biləcək digər yaxşı vərdişlərə riayət etmək xüsusilə vacibdir" deyə mütəxəssislər bildirir.

Bu siyahıda ilk növbədə - rəngli tərəvəzlər yer alır. Həkimlərin fikrincə, onların piqmentləri (xlorofil, astaxanthin, beta-karotin) bədəni gücləndirməyə yönəlmiş güclü antioksidan xüsusiyyətlərə malikdir.

Daha sonra - qırmızı, yaşıl və sarı şirin bibərlər, qırmızı kələm, brokkoli gəlir. Bu məhsulların hamısı immunitet sisteminin çox yaxşı gücləndiricisidir.

Həkimlərin siyahısında sonrakı yerlərdə C vitamini ilə zənginləşdirilmiş məhsullar gəlir ki, bunların faydalı xüsusiyyətləri bütün dünyaya məlumdur. Elm adamları limon, portağal, bibər, kələm, alma yeməyi məsləhət görür.

Ən çox faydalı qidaların siyahısını bunlar qapadır: iltihab əleyhinə əla vasitə olan sarıkök, iltihabi prosesi zəiflədən, xroniki ağrıları və boğaz ağrısını azalan zəncəfil, həmçinin immuniteti gücləndirməyə kömək edən vitaminlər və antioksidantlarla zəngin olan giləmeyvələr.

Həkimlər bu siyahıda prebiotiklər və probiyotiklər haqqında unutmadılar. Mütəxəssislər hesab edirlər ki, qeyd olunan məhsullardan gündəlik yaxşı doza qəbul etmək sağlamlığa faydalı təsir göstərən bağırsaq florasını tarazlaşdırmağa kömək edir. Prebiyotiklər liflə zəngin qidalarda - meyvələr, tərəvəzlər, taxılda olur. Probiyotiklər - mayalanmış halda: qatıq və soyada.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki Uhan şəhərində (Hubei əyaləti) naməlum sətəlcəm xəstəliyi haqqında məlumat vermişdi. Mütəxəssislər xəstəliyin törədicisini təyin etdilər - bu yeni bir koronavirusdur. ÜST, xəstəliyin beynəlxalq əhəmiyyətli bir fövqəladə hal kimi tanıdı və xəstəliyə rəsmi ad verdi - COVID-19.

Son məlumatlara görə, Çində bu virusa yoluxanların sayı 80 754 nəfər təşkil edir, onlardan 3146 nəfər ölüb, təxminən 60 min xəstə sağalıb. ÜST -ün məkumatına əsasən, Çindən başqa ölkələrdə isə indiyədək 686 adam ölüb.

Mənbə: sputnik-georgia.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR