Dərc edildi: Baxış sayı: 495
Hindistandan Rusiyaya uçan təyyarə Bakıda təcili eniş edib
Hindistanın Qoa ştatından Moskvaya uçan Rusiyanın "Azur Air" aviaşirkətinin sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində zərərçəkən yoxdur.
İlkin məlumata görə, təyyarədə bir neçə generator sıradan çıxıb. "Mütəxəssislər təyyarəyə baxış keçirir", - polisdən bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət