Dərc edildi: Baxış sayı: 402
Hindistanda timsahın dəfninə 500 nəfər gəlib
Hindistanda 500 nəfər timsahın dəfninə gəlib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Qanqaram adlı heyvan göldə yaşayıb və ətraf kəndlərin sakinlərinin sevgisini qazana bilib. Timsah 130 yaşında qocalıqdan ölüb. Qanqarama təntənəli dəfn mərasimi təşkil ediblər. Onun güllələrlə bəzədilmiş meyidini traktorda gətiriblər. Yerli sakinlərin sözlərinə görə, timsah mehribanlığı ilə seçilib: “Hətta uşaqlar onun yanında üzə bilirdilər və Qanqaram heç vaxt hücum etməyib, heç kimə ziyan vurmayıb. O, timsah deyil, dost olub”. Timsah düyü və paxlalı bitkilərlə bəslənilirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət