Dərc edildi: Baxış sayı: 377
Dehlidə 100-dən çox məktəbdə tədris planına xoşbəxtlik dərsləri daxil edilib
Hindistanın ən böyük ikinci şəhəri Dehlidə 100-dən çox məktəbdə tədris planına xoşbəxtlik dərsləri daxil edilib.
Moderator.az-ın “TRT” kanalına istinadla verdiyi xəbərdə belə deyilir. Dehli Təhsil naziri Maniş Sisodianın layihəsi olan xoşbəxtlik dərsləri ötən həftədən etibarən hər gün 30-45 dəqiqə müddətində tədris olunur. Şagirdlər proqram çərçivəsində uşaq bağçası dövrü - 2-ci sinif , 3 - 5-ci siniflər və 6- 8-ci siniflər olmaqla 3 qrupa bölünürlər.
Xoşbəxtlik dərslərində şagirdlərə test və ya tapşırıq verilməyəcək, onların müvəffəqiyyət səviyyələri qiymətləndirilməyəcək. Dərslərdə emosional və ruhi tələbatlar üzərində mərkəzləşən hekayələrin oxunması və meditasiya vasitəsilə emosional intellekt, ayıqlıq və şüurluluq, tənqidi düşüncə və ünsiyyətin inkişaf etdirilməsi, qarşılıqlı yardımlaşma hisslərinin təlqin edilməsi məqsədi güdülür. Xoşbəxtlik dərslərinin, uşaq və gənclərin depressiya, stress və narahatlıq pozuntularının öhdəsindən gəlməsində, çətin, eksremal vəziyyətlərdə qərar verə bilməsində faydalı olacağına ümid edilir. Fərqindəlik, dəyərlərə əsaslanan fəaliyyətlər və özünü ifadə etmək xoşbəxtlik dərslərini keçən müəllimlərin mərkəzləşəcəkləri əsas mövzular olacaq.
Dehli əyalət rəhbərliyinin yaratdığı xoşbəxtlik komitəsinin 200 əməkdaşı dərslərə nəzarət edəcək.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Hindistanda 13 -15 yaşlarındakı hər 4 uşaqdan biri depressiya ilə mübarizə aparır.
Sultan Laçın
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət