Slimfit
  1. DÜNYA

Hindistanda bir gündə COVID-19-a on min nəfər yoluxdu

Hindistanda bir gündə COVID-19-a on min nəfər yoluxdu
Sakura

Hindistanda bir gündə COVID-19-a on min nəfər yoluxdu

Hindistanda bir gündə koronavirusa 9 970-dən çox yoluxma aşkarlanıb.

Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə və Ailə Rifahı Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 246 628 təşkil edir.

ABŞ-ın ayrı-ayrı ölkələrdə COVID-19-la bağlı araşdırmalar aparan Cons Hopkins Universitetinin hesablamalarına əsasən, bununla Hindistan İspaniyanı və İtaliyanı qabaqlayaraq virusa yoluxmuş xəstələrin sayına görə dünyada beşinci yerə çıxıb.

Naziriyin məlumatına görə, hazırda 120 406 nəfər müalicə edilir, ümumilikdə 119 292 insan (5 220 nəfəri ötən gün) sağalıb. Hindistanda ümumilikdə 6 929 nəfər (onlardan 287-si bir gün ərzində ölüb) pandemiyanın qurbanı olub.

Virusdan ən çox ölkənin mərkəzindəki Maharaştra ştatı zərər çəkib. Burada virusa ümumilikdə 82 968 yoluxma qeydə alınıb. Son bir gündə 2 729 nəfərdə COVID-19 aşkarlanıb. Virusa yoluxma üzrə siyahıda ikinci yerdə Tamilnad ştatı (30 152 yoluxma), üçüncü yerdə isə paytaxt dairəsi Dehli (27 654 yoluxma) qərarlaşıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR