Doğan arvadını özəl xəstəxanaya aparan, aparan adama 35 min Hindistan rupisi (815 Azn) hesab çıxarılıb
İddialara görə bir hind ailəsi özəl xəstəxanada dünyaya gətirdiyi körpəsini doğuş xərclərini ödəmək imkanı olmadığını əsas gətirərək, xəstəxanaya satıb.
Hindistanda ağıla gəlməyəcək hadisə olub. Doğan arvadını özəl xəstəxanaya aparan, aparan adama 35 min Hindistan rupisi (815 Azn) hesab çıxarılıb. Ata Çaran, hesabı ödəyə bilmədiyi üçün xəstəxananın körpəni götürdüyünü iddia edib.
Hadisə Hindistanın Uttar Pradeş ştatının Aqra şəhərində baş verib. Şiv Çaran adlı şəxs, sancısı tutan hamilə arvadı Babitanı doğmaq üçün özəl xəstəxanaya aparır. Körpənin doğulmasından sonra, xəstəxana, atası Çarana 35 min Hindistan rupisi (815 azn) hesabın olduğun söyləyib. Ata Çaran, hesabı ödəyə bilmədiyi zaman xəstəxananın körpəni götürdüyünü iddia edib.
"KÖRPƏMİZİ SATMAĞA MƏCBUR ETDİLƏR"
Çaran, xəstəxananın körpəsini 100 min Hindistan rupisinə (2320 Azn) satmağa məcbur etdiyini iddia edib. Maraqlı hadisə ilə əlaqədar açıqlama verən xəstəxana müdiri Sima Gupta, ailənin körpədən imtina etdiyini və bunun 'satış' deyil, 'övladlığa götürmə' prosesi olduğunu iddia edib. Digər tərəfdən xəstəxana tərəfindən uşağın "övladlığa götürmə" prosedurları ilə bağlı bütün sənədlərin hazırlandığı və ailənin öz razılıqları ilə sənəd imzaladığı bildirilib. Xəstəxananın iddialarını rədd edən Çaran, oxuyub yazmağı bilmədiyini səbəb göstərərək özünü müdafiə edib.
ARAŞDIRMA BAŞLADI
Bölgə hakimi Prabhu N Sinqx, yeni doğulmuş körpənin "satılması" ilə əlaqədar istintaq başladığını və lazımi tədbirlərin görüləcəyini qeyd edib. Digər tərəfdən, Hindistanın bəzi xəstəxanalarında körpələrin xəstəxana himayəsinə alınaraq və övladlığa götürmək istəyən cütlüklərə satıldığı ifadə edilib.
Mənbə: aksam.com.tr
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət