Slimfit
  1. AZƏRBAYCAN

Hindistan şirkəti 4-cü dəfə Azərbaycandakı ermənilər üçün sərgi-satışı keçirdi

Hindistan şirkəti 4-cü dəfə Azərbaycandakı ermənilər üçün sərgi-satışı keçirdi
Sakura

“Sitara” şirkəti 2019-cu il martın 2-də 30 iş adamının iştirakıyla Xankəndində yeni sərgi də keçirəcək…

Noyabrın 23-də Azərbaycanın erməni işğalı altındakı Xankəndi şəhərində Hindistan mallarının sərgi-satışı açılıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda separatçı nəşrlərdən birinin ingilis versiyası məlumat yayıb. Sərgi dekabrın 7-dək davam edəcək. Hindistanın “Sitara” şirkətinin direktoru Navab Ansari artıq Qarabağda 4-cü dəfədir belə sərgi keçirdiklərini bildirib. 
 
Şirkətin Hindistanın müxtəlif şəhərlərində fəaliyyət göstərən 12 nümayəndəsi Xankəndindəki ermənilər  üçün 16 pavilyon təşkil edib. Sərgidə müxtəlif hind malları: mebel, geyim, əl işləri, ədviyyat və s. satılır. Hind şirkət rəhbəri sərginin sonuncu günü dekabrın 7-də məişət cihazları və digər malların uduşa qoyulacağı  lotereya oynanılacaq. N.Ansari Xankəndində  xüsusi Hindistan mağazası da açacağını vəd edib.
 
“Sitara” şirkətinin 2019-cu il martın 2-də 30 iş adamının iştirakıyla Azərbaycanın işğal altındakı torpaqlarında yeni sərgi keçirəcəyi də məlum olub… 
 
P.S. Bəyanat, nota, görüş, çıxış, danışıq, monitorinq bol olarsa, basılmaz vətən!..
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR