Slimfit
  1. DÜNYA

Hindistan itmiş peykini tapdı

Hindistan itmiş peykini tapdı
Sakura

Hindistan itmiş peykini tapdı

Hindistanın “Çandrayan-2” ay missiyasının Vikram eniş modulu orbital aparat vasitəsi ilə aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı məlumat verib. Bildirilib ki, modul bir gün əvvəl aşkar edilib və mütəxəssislər onunla əlaqə yaratmağa çalışırlar.

"Bəli, Ay səthində quru tapdıq. Çətin eniş olmalı idi. Orbital modul 0,3 metr imkanı olan bir kamera ilə eniş zondunun şəklini çəkdi. Modulun şənbə gecəsi ayın cənub qütbünə yumşaq eniş etməsi lazım idi. Lakin, səthdən 2,1 kilometr yüksəklikdə olarkən eniş zamanı onunla əlaqə kəsildi. Cihazın mümkün zərərləri barədə heç bir məlumat yoxdur", - deyə təşkilatın verdiyi xəbərdə deyilir.

Qeyd edək ki, Hindistan ilk dəfə Aya kosmik gəmi göndərilməsini həyata keçirib. Lakin kosmik aparatın Aya düşməsinə saniyələr qalmış onunla əlaqə kəsilmişdi. Kosmik gəmi uğurla Aya düşsəydi, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra peykə enmiş dördüncü ölkə olacaqdı.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR