Slimfit
  1. SİYASƏT

Hindistan Ermənistanı silahlandırmaqda davam edir

Hindistan Ermənistanı silahlandırmaqda davam edir
Sakura

Hindistan Ermənistanı silahlandırmaqda davam edir

Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik raketlərinin satışına icazə verib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, "Alpha Defence" portalı bu məlumatı dolayısı ilə təsdiqləyərək "Hindistan raketlərinin dost ölkəyə ixracına icazə verildiyini" qeyd edib. Xəbərə Pralayın fotosu əlavə olunub.

Bundan əvvəl "Indian Defense Research Wing" yazıb ki, Hindistan yaxın vaxtlarda bu raketlərin Ermənistana tədarükü ilə bağlı müqavilə bağlamağı planlaşdırır.

 

Nəşr həmçinin Dehlinin 300 kilometrdən çox mənzilli raketləri və 500 kiloqramdan çox çəkisi olan döyüş başlıqlarını ixrac etməmək barədə öhdəliklərini xatırladıb. Bu o deməkdir ki, indiki şəraitdə Pralayın İrəvana transferi mümkün deyil. Məhz buna görə də, saytın yazdığı kimi, Hindistan bu raketlərin azaldılmış mənzilə uyğunlaşdırılması üzərində fəal işləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR