Dərc edildi: Baxış sayı: 216
Hindistan ermənilərə satdığı sistemi təkmilləşdirdi
Hindistan bu yaxınlarda Ermənistana satdığı ATAGS yedəkli artilleriya sistemini təkmilləşdirilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bharat Forge” şirkəti məlumat yayıb.
Bildirilib ki, Ermənistanda yerləşdirilən ATAGS sistemləri yerli dildə interfeysə malik ballistik kompüterlərlə təchiz olunub. Bu quraşdırma erməni artilleriya ekipajlarının işini asanlaşdırır, təlim vaxtını və xəta ehtimalını azaldır.
Balistik kompüterlər də Ermənistanın yerüstü naviqasiyası ilə problemsiz şəkildə inteqrasiya olunub. Bu inteqrasiya döyüş meydanında ATAGS-in ümumi effektivliyini artıraraq daha dəqiq hədəf seçməyə imkan verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət