Dərc edildi: Baxış sayı: 541
Hindistan "BrahMos" raketini sınaqdan keçirdi
Hindistanın müdafiə tədqiqatları təşkilatı "BrahMos" qanadlı raketini uğurla sınaqdan keçirib. Trend-in məlumatına görə, raket şərq ştatı Orissada yerləşən hərbi poliqondan buraxılıb.
Məlumata görə, raket 290 kilometr məsafəyə uçuş qabiliyyətinə malikdir. Bundan başqa, raketin Hindistan istehsalı avadanlıqlarla təchiz edildiyi və artıq quru qoşunlarının istifadəsinə verildiyi qeyd edilir.
Raketin sınağı ilə bağlı digər detallar açıqlanmayıb.
Qeyd edək ki, Rusiya-Hindistan birgə müəssisəsi olan "BraMos" 1998-ci ildə yaradılıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət