Slimfit
  1. DÜNYA

Hind okeanındakı güclü uğultu bütün dünyanı qorxuya saldı

Hind okeanındakı güclü uğultu bütün dünyanı qorxuya saldı
Sakura

Alimlər Hind okeanının dibində naməlum uğultu kəşf ediblər

Ölkə.Az” xəbər verir ki, uğultu mənbəyindən 20 dəqiqə ərzində bütün istiqamətlərə güclü seysmik dalğalar ötürülüb.

Sirli uğultunun mərkəzi Afrika və Madaqaskar arasında, Mayotta adasının 24 kilometrliyində yerləşir. Seysmik dalğalar Afrika, Kanada, Cənubi Amerika, Havay və Yeni Zelandiyaya qədər çatıb. Sirli uğultu 11 noyabr tarixində kəşf edilsə də, mətbuata bu yaxınlarda məlumat verib. Eyni zamanda bildirilir ki, güclü uğultunu heç bir insan hiss etməyib. Onu sadəcə seysmoqraf ekranlarında görmək mümkün olub.

Bütün seysmoloqlar bunun anomal hadisə olduğunu, bu günə qədər belə bir vəziyyət ilə rastlaşmadıqlarını bildiriblər. Mütəxəssislərin sözlərinə əsasən, seysmik dalğalar müəyyən və daimi tezlikdə olublar. Adətən belə dalğalar güclü zəlzələdən sonra meydana çıxır amma son zamanlar heç bir zəlzələ qeydə alınmayıb. Bundan başqa güclü zəlzələ dərhal hiss edilərdi.

Hazırda alimlər üç versiya üzərində işləyirlər: Mayotta adası altındakı maqma, sakit zəlzələ və sualtı vulkan püskürməsi.

Bundan başqa okeana böyük meteoritin düşdüyünü ehtimal edənlər də var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR