Slimfit
  1. KOSMOS

Hind alimləri ayda inşaat işləri üçün "kosmik kərpiclər" hazırlayırlar

Hind alimləri ayda inşaat işləri üçün "kosmik kərpiclər" hazırlayırlar
Sakura

Hind alimləri ayda inşaat işləri üçün "kosmik kərpiclər" hazırlayırlar

Ens.az xəbər verir ki, hindistanlı alimlərin hazırda etdikləri, Ay araşdırmalarında əhəmiyyətli bir sıçrayış ola bilər. Onlar ayın səthini təqlid edən bir materialdan xüsusi kərpic hazırladıqlarını iddia edirlər. Bunlar NASA missiyası tərəfindən gətirilən nümunələrə əsaslanır. Hindistan Elm İnstitutu "Kosmik kərpic" adlandırdıqlarını istehsal etmək üçün Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ilə bir araya gəlib.

Tədqiqatçılar deyirlər ki, bu ixtira Yerin peykində gələcək tikinti layihələrini asanlaşdıracaq. Bu məqsədlə həmin yerdə tapılmış mənbələrdən istifadə edilə bilər.

Tədqiqatçılar mətbuata açıqlamalarında qeyd ediblər ki, kərpic "Aydakı torpağın simulyatoru" ilə hazırlanıb. Bu, süni şəkildə hazırlanmış bir materialdır, xüsusiyyətləri Apollo missiyası tərəfindən Aydan gətirilmiş nümunələrə 99,6 faiz uyğundur. Hindistan Ayın mənimsənilməsi istiqamətində davam edən yarışda digər ölkələrə çatmaq niyyətindədir.

Bu günlərdə ISRO rəhbərliyi üçüncü Ay missiyasını, ehtimal ki, 2020-ci ildə göndərəcəklərini açıqlayıb. Hindistanın iddialı kosmik proqramının digər bir hissəsi 2022-ci ilə qədər başlamağı ümid etdiyi "Gaganyaan" adı verdikləri idarə olunan missiyasıdır. ISRO artıq Rusiyada təlim keçmək üçün dörd gələcək heyət üzvünü müəyyənləşdirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR