Dərc edildi: Baxış sayı: 437
Hillari Klintonun olduğu təyyarə tüstüləndi və Nyu-Yorka döndü
ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun olduğu təyyarə nasazlığa görə Nyu-Yorka qayıtmağa məcbur olub.
CNN xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
Məlumata görə, təyyarə Vaşinqtona uçuş həyata keçirib. Lakin təyyarədə tüstülənmə müşahidə olunduğundan və detallardan birinin itirilməsi ucbatından hava gəmisi geriyə dönüb.
Nasazlıqları uçuş zamanı gəmi heyətinin üzvü aşkar edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət