Dərc edildi: Baxış sayı: 550
Hikmət Hacıyevdən çimərliklərdəki vəziyyətlə bağlı AÇIQLAMA
“Keçən həftə və bu həftə aparılan monitorinq onu deməyə əsas verir ki, çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, ötən həftəsonu bir az sıxlıq müşahidə edilib:
“Amma bunun aradan qaldırılması təmin olunub. Cimerlik.az portalına müraciət edən vətəndaşların sayı artmaqdadır. 40 minə yaxın vətəndaş artıq müraciət edib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət