Slimfit
  1. GÜNDƏM

Hikmət Hacıyev: “Xankəndinin bombalanması ilə bağlı iddialar yalandır və böhtandır"

Hikmət Hacıyev: “Xankəndinin bombalanması ilə bağlı iddialar yalandır və böhtandır"
Sakura

Hikmət Hacıyev: “Xankəndinin bombalanması ilə bağlı iddialar yalandır və böhtandır"

"Xankəndinin bombalanması barədə Ermənistan tərəfinin iddiaları yalandır və böhtandır"

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev özünün "TwitterW səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur:

"Hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir. Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir".

"Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir. Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik", - H.Hacıyev xəbərdarlıq edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR