Hikmət Hacıyev: "Fransa jurnalistlərinin erməni lobbisinin təzyiqinə məruz qalması və təhdid olunmasını pisləyirik"
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın TF1 televiziya kanalı ilə bağlı paylaşım edib.
Bununla əlaqədar H.Hacıyev “Twitter” hesabında məlumat yayıb.
“Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, - deyə o bildirib.
Qeyd edək ki, Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib.
Kanalın müxbiri Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.
Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət