Slimfit
  1. SİYASƏT

Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”

Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
Sakura

Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”

Ens.az xəbər verirki,Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin APA-ya müsahibəsi

- Son günlərdə Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan danışıqları necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlıq doğurmaya bilməz. Xüsusən koronovirus pandemiyasına qarşı qlobal mübarizənin getdiyi bir dövrdə danışıqlara üstünlük verilməsi vacibdir. Bu baxımdan, biz qardaş Türkiyə ilə Yunanıstan arasında NATO vasitəsilə aparılan danışıqları müsbət qiymətləndiririk. Həmçinin hesab edirik ki, tərəflər arasında heç bir ön şərt olmadan qurulacaq dialoq və aparılacaq birbaşa  müzakirələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcəkdir. Azərbaycan zəruri olduğu halda bu məsələdə öz töhfəsini verməyə hazırdır.

Aralıq dənizini tarixi adı Göyçə gölü olan Sevan gölü ilə qarışıq salan Ermənistanın məsələyə katalizator rolunda müdaxilə cəhdləri isə sadəcə gülüş doğurur. Həmişəki adətinə uyğun olaraq Ermənistan ona aid olmayan mövzulara qarsımağa çalışır. Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur.

“Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ermənistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət anlaması yaxşı olardı. Aralıq dənizi fantaziyaları ilə yaşamaqdansa, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyduğu halda regional kommunikasiya və nəqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR