Dərc edildi: Baxış sayı: 1306
Hikmət Hacıyev: "Ermənilər Avropada COVID-19 yayırlar"
“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Ermənistan bu cür təxribatlara getmək əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”, - o əlavə edib.
Qeyd edək ki, bunu Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın Avropada yaşayan ermənilərin keçirdiyi aksiyalar barədə tvitinə cavab olaraq bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət