Hikmət Hacıyev: "Erməni diasporunun liderləri Los Ancelesdə, Parisdə kofe içə-içə Ermənistanı işğala səsləyir"
"Erməni diasporunun liderləri Los Ancelesdə, Parisdə oturub, kofe içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşsın".
"Ens.az" “Report”a istinadla xəbər verir ki,, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başa çatandan sonra Ermənistan mina xəritələrinin yalnız cüzi hissəsini Azərbaycana verib: "Ermənistan diasporu Azərbaycana qarşı nifrət və revanş siyasəti yürüdür. Mənim 8 yaşım var idi, sovet pioneri idim. O günlər xatirələrimdən getmir, münaqişəyə şahidlik etdim. Ermənistanın siyasi rəhbərliyi Azərbaycana nifrət münasibəti bəsləyirdi idi və istəkləri torpaqlarımızı işğal etmək idi. İstəməzdik ki, hadisələr bu səpkidə inkişaf etsin".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət