Dərc edildi: Baxış sayı: 690
Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Human Rights Watch və Amnesty International təşkilatlarını Ermənistanın cinayətlərini qiymətləndirmək üçün Azərbaycana dəvət edib.
Ens.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, bu barədə öz tvitter hesabında bildirib.
“Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: ölənlərin sayı 20-yə çatıb, yaralıların sayı 40-dan çoxdur. Hamısı günahsız mülki şəxslərdir. Hücumda “Smerç” klaster raketlərindən istifadə edilib.
Human Rights Watch və Amnesty İnternational təşkilatlarını Ermənistanın bu cür cinayətlərinin yerində qiymətləndirilməsi üçün dəvət edirik”,- deyə Prezidentin köməkçisi qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət