Dərc edildi: Baxış sayı: 2362
Hikmət Hacıyev: 'Beynəlxalq səviyyədə həmrəyliyi qənaətbəxş hesab edə bilmərik'
“Həqiqətən də COVİD-19 qlobal bir təhlükədir”.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
"Təəssüflə bildirməliyəm, 6 aydan çoxdur ki, bu günə qədər olan beynəlxalq səviyyədə həmrəyliyi qənaətbəxş hesab edə bilmərik. Təəssüflər olsun ki, BMT Baş Assambelyasının bununla bağlı xüsusi sessiyası keçirilməyib. Buna görə Prezident İlham Əliyev tərəfindən belə bir təşəbbüs irəli sürülüb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət