Slimfit
  1. SİYASƏT

Hikmət Hacıyev: 'Azərbaycan Aİ-dən enerji və ticarətlə bağlı daha çox iş gözləyir'

Hikmət Hacıyev: 'Azərbaycan Aİ-dən enerji və ticarətlə bağlı daha çox iş gözləyir'
Sakura

Hikmət Hacıyev: 'Azərbaycan Aİ-dən enerji və ticarətlə bağlı daha çox iş gözləyir'

“Avropa İttifaqı ilə Azərbaycan təhlükəsizlik, nəqliyyat, enerji sahələrində yaxından əməkdaşlıq edirlər. Azərbaycan ilə Avropa İttifaqı daha çox enerji sahəsində strateji tərəfdaşdırlar”.

Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euractive”ə müsahibəsində deyib.

“Bu il hər iki tərəf üçün əhəmiyyətlidir. Belə ki, TAP və TANAP çərçivəsində Azərbaycandan tədarük edilən təbii qaz yayın ortalarında bilavasitə Avropa İttifaqı ərazisində olacaq. Nəhayət, TAP layihəsinin yekun hissəsini başa çatdıra biləcəyik”, - deyən şöbə müdirinin sözlərinə görə Azərbaycan hökuməti hazırda Aİ ilə yeni tərəfdaşlıq sazişinin hazırlanmasına dair qarşı tərəflə danışıqlar aparır.

“Bəzi sahələrlə bağlı aramızda kiçik fikir ayrılıqları var, lakin hər iki tərəf mövqelərini razılaşdırmaq üçün konstruktiv fəaliyyət göstərir. Sazişin 90 faizə qədəri razılaşdırılıb, amma ticarət və enerji ilə bağlı məsələlərdə Avropa tərəfindən daha çox təəssübkeşlik umuruq. Onlar iddialı mövqe ortaya qoymamalıdırlar”, - deyən H.Hacıyev belə bir sazişlə hər iki tərəfin irəli gedə biləcəyi qənaətində olduqlarını dilə gətirib.

H.Hacıyevin fikrincə, Azərbaycan daxili islahat keçirərək iqtisadi təşəbbüs və layihələrə üstünlük verdiyinə görə, Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir: “Saziş hər iki tərəfin yanaşmasını nəzərə almaqla hazırlanıb qiymətləndirilməli, hamı üçün faydalı olmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR