Hikmət Çətin: 'Azərbaycan torpaqlarının işğalının davam etməsi beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır'
"Ermənistan hələ də təcavüzkar siyasətini və Azərbaycan torpaqlarının işğalını davam etdirir. Bu, beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır".
"Report" xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Bakıda "Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu gün regionda məğlub olan yeganə ölkə elə Ermənistanın özüdür: "Onlar regiondakı faydalardan yararlanmaq istəyirsə, düşmənçilik və işğalçılıq siyasətindən əl çəkməlidirlər. Ötən əsrin 90-cı illərində erməni diplomatlara bu barədə çox danışdıq, ancaq onlar hər cür təmaslardan qaçırdılar".
H.Çətin əlavə edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər çox möhkəmdir, bir sıra genişmiqyaslı birgə layihələr həyata keçirilir.
"Azərbaycan xarici siyasəti ilə qürur duya bilər. Azərbaycan güclü olduğu müddətdə Türkiyə də güclüdür", - o, fikrini tamamlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət