Slimfit
  1. SİYASƏT

Hikmət Babaoğlu: “Ermənistanda böhranın səbəbi torpaqlarımızı işğal etməsidir"

Hikmət Babaoğlu: “Ermənistanda böhranın səbəbi torpaqlarımızı işğal etməsidir"
Sakura

Hikmət Babaoğlu: “Ermənistanda böhranın səbəbi torpaqlarımızı işğal etməsidir"

“Hazırda işğalçı Ermənistanda bir hakimiyyət böhranı müşahidə edilir. Ancaq bir qədər daha dərindən analiz etsək, belə bir qənaət ifadə etmək mümkündür ki, bu əslində hakimiyyət böhranı deyil dövlətçilik böhranıdır”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, düşmən ölkədə baş verən böhranın əsas səbəbi Ermənistanın işğalçılıq siyasəti həyata keçirərək Azərbaycan torpaqlarını öz himayədarlarının köməyi ilə işğal etməsidir.

Onun sözlərinə görə, Ermənistanı idarə edən imperativ güc mərkəzi ilə münasibətlər korlanan kimi bəlli olur ki, nə Ermənistan dövlət deyil, nə də onun müstəqil siyasi sistemi və ordusu var: “Hazırda bu ölkədə baş verən proseslər də dediklərimizin əyani təzahürüdür. Paşinyan siyasi sistemi, dövlətçilik ənənəsi olmayan bir toplumu idarə etməyə çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə isə korrupsiyaya qarşı mübarizə, sosial problemlərin həlli adı altında yeni bir diktatura qurmağa cəhd edir. Çünki onu hakimiyyətə gətirən və buna bənzər problemlərin həlli ilə bağlı natamam topluma verdiyi vədlər olub. Ancaq korrupsiya və sosial problemləri o vaxt həll etmək mümkündür ki, bunu təmin edəcək iqtisadi resurslar və hüquqi sistem olsun. Bunların heç biri isə Ermənistanda yoxdur. Deməli problemi də həll etmək mümkün deyil. Bu zaman ən yaxşı həll yolu manipulyasiya edərək bir həll illiüziyası yaratmaqdır ki, Paşinyan da hazırda bunu edir”.

H.Babaoğlu vurğulayıb ki, Paşinyan həll illüziyası yaratmaq əvəzinə işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atmalıdır: “Yalnız o zaman kommunikasiyalar açıla, ölkədə iqtisadi münasibətlər sistemi formalaşar və problemi həll etmək üçün perspektivlər yarana bilər”.

Paşinyanın “məni Qarabağ erməniləri seçməyiblər” fikrinə gəldikdə deputat qeyd edib ki, bu, daha çox daxili auditoriyada özünün Ermənistan erməniləri içərisində reytinqini yüksək saxlamaq məqsədinə hesablanıb: “Çünki Ermənistanda daima Qarabağ ermənilərinə yuxarıdan aşağı baxış olub və bu gün də belədir. Üstəlik “Qarabağ klanı” hakimiyyətdə olan zaman Ermənistanı hərbi - siyasi və iqtisadi avantüraya sürükləyib və Ermənistan müstəqilliyini de-fakto itirib. Ona görə də Qarabağ ermənilərinə münasibətdə Paşinyan kimi düşünənlərin sayı həddindən artıq çoxdur”.

Baş redaktor əlavə edib ki, Paşinyanın nümayiş etdirdiyi mövqe həm onun, həm də Ermənistan ermənilərinin bu ölkənin Qarabağ probleminin girovuna çevrilməsindən bezmələri kimi də başa düşülə bilər: “Yaxşı olar ki, Paşinyan Azərbaycanın ünvanına sərt ritorikanı yığışdırsın və problemi həll etməyə çalışıb, işğal faktına son qoysun. Bu region ölkələrinin, eləcə də ermənilərin maraqlarına uyğun olardı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR