Slimfit
  1. CƏMİYYƏT

Hicran Hüseynova Sumqayıtda 47-ci məhəllənin sakinlərilə görüşüb 

Hicran Hüseynova Sumqayıtda 47-ci məhəllənin sakinlərilə görüşüb 
Sakura

Hicran Hüseynova Sumqayıtda 47-ci məhəllənin sakinlərilə görüşüb 

Hicran Hüseynovanın Sumqayıt şəhəri 47-ci məhəllənin sakinləri ilə görüşü keçirilib.

Modern.az xəbər verir ki, görüşü Hicran Hüseynovanın vəkilləri olaraq Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov, Sumqayıt Dövlət Texniki Kollec direktoru Mətanət Pirquliyeva, Dünya TV-nin proqram rəhbəri Aygün Zülfüqarlı, “Hüseynoğlu” MMC-nin rəhbəri və Dünya və Olimp Ticarət Mərkəzinin sahibi Lətifə Əhmədova, sahibkar Fərxrəddin Rəhimov, Sumqayıt bələdiyyəsinin Təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fəridə Qafarova, Nəbi Nəbiyev iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, 9 fevral Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keciriləcək və bu seçkilərdə 41 saylı Sumqayıt birinci seçi dairəsindən YAP tərəfindən Hicran Hüseynovanın namizədliyi irəli sürülüb. Çıxışçılar Hicran Hüseynova, onun Komitə sədri olaraq ailə, qadın və uşaq məsələləri sahəsində fəaliyyəti, eləcə də Hicran Hüseynovun atası Kamaran Hüseynovun Sumqayıt şəhərində gördüyü işlərdən danışıblar. Çıxış edən vəkillər sakinləri layiqli namizəd Hicran Hüseynovaya səs verməyə çağırdılar.

Sonda çıxış edən Hicran Hüseynova qəsəbə sakinlərini salamladı, onunla görüşə gəldikləri üçün öz minnətdarlığını bildirdi. Hicran Hüseynova gənclərlə bağlı danışaraq qeyd etdi ki, gənclər bugün öz ölkəsinə, şəhərinə hansı fayda verəcəkləri haqqında da düşünməli, ölkə həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında fəal iştirak etməli, vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidirlər.

Hicran Hüseynova seçiciləri əmin etdi ki, Milli Məclisə seçiləcəyi təqdirdə öz seçiciləri ilə mütəmadi görüşlər keçirəcək, onları narahat edən məsələlərlə bağlı birgə fəaliyyət göstərəcək.

Görüşdən öncə Hicran Hüseynova Çernobıl qəzasında sağlamlığını itirmiş ailə başçısı və üzvlərini ziyarət edib, onların gündəlik həyat tərzi, problemləri ilə maraqlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR