Hicran Hüseynova evdar qadınlara dövlət tərəfindən dəstək verilməsini təklif edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova evdar qadınlara dövlət tərəfindən dəstək verilməsini təklif edib.
"Report" xəbər verir ki, bu barədə o, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, son 2 ildə Azərbaycanda dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb: "Təəssüflər olsun ki, hələ də ölkədə işləməyən qadınlar var. Bəzi ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırırıq. Yəni uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət