Slimfit
  1. MARAQLI

Hıçqırığı aradan qaldıran 10 effektli üsul

Hıçqırığı aradan qaldıran 10 effektli üsul
Sakura

Hıçqırığı aradan qaldıran 10 effektli üsul

Adətən nəfəsalma zamanı biz diafraqmanın yığılmasın hiss etmirik.

Lakin bəzi səbəblərə görə diafraqmanın yığılması kəskin xarakter ala bilər ki, bu zaman insan hıçqırmağa başlayır.

Hıçqırığın səbəbi soyuqlama, qazlı və spirtli içkilərin qəbulu, güclü qorxu və stress ola bilər. Buna fizioloji hıçqırıq deyilir.

Bəzən hıçqırıq hər hansı xəstəliyin simptomu kimi meydana gələ bilər. Bu xəstəliklər arasında: sinir sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, infeksiyalar, hətta xərçəng xəstəlikləri və s. Buna patoloji hıçqırıq deyilir. Hıçqırıq 1-2 gündən artıq keçmirsə, bu artıq təhlükəli simptom sayılır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.

 

Fizioloji hıçqırığı aradan qaldırmaq üçün çox sadə üsullar mövcuddur. Saglamolun.az sizə 10 belə üsul təqdim edir:

1. Hıçqırığın səbəbi soyuqlama olduqda, kiçik qurtumlarla isti çay için.

2. Nəfəs alın və bacardığınız qədər saxlayın,  sonra yavaş-yavaş nəfəs verin.

3. 1 tikə çörək çeynəyin.

4. Bədəninizi aşağı əyin və bir neçə qurtum su için.

5. Kağız paketinə nəfəs alın.

6. Diafraqma nahiyəsinə isti qrelka qoyun.

7. Gözlərinizi yumun və onlara barmaqlarınızla yüngülcə təzyiq edin.

8. Bir neçə nanə yarpağını yeyin.

9. Diliniz çölə çıxardın və bir neçə dəqiqə belə oturun.

10. Yavaş-yavaş və dərin nəfəs alın.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR