Slimfit
  1. DÜNYA

Hicaba görə hərbi tribunala verilsə də, baş örtüyünü açmadı

Hicaba görə hərbi tribunala verilsə də, baş örtüyünü açmadı
Sakura

Hicaba görə hərbi tribunala verilsə də, baş örtüyünü açmadı

Cənubi Afrika Respublikasında müsəlman qadın  hicabını çıxarmaqdan imtina etdiyi üçün hərbi tribunal qarşısına çıxacaq.  
 
Moderator.az-ın  xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, Cənubi Afrika Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə  hərbi xidmət keçmiş mayor müsəlman qadın Keyptaunun 2 nömrəli hərbi xəstəxanasında  patoloq-anotom kimi çalışır. Həmin 10 il ərzində qadın hərbi forma ilə birgə  hicab da bağlayıb; baş örtüyü  asanlıqla uniforma papağının altına yerləşdirilib, geyimin yaxalığı aydın görünüb və üniforma üzərində hər hansı bir ordu rəmzinin üzəri örtülməyib. 
 
Qadının vəkili Nazımə Məhəmmədin sözlərinə görə, son vaxtlara qədər müsəlman zabit qadın hicab bağlaması ilə bağlı heç bir  problemlə üzləşməyib. Lakin indi yüksək çinli zabitlər nədənsə mövqelərini dəyişiblər və hərbçi xanımdan hicabın çıxarılmasını tələb edirlər. Və bu əmri yerinə yetirməkdən imtina etdiyi üçün o, hərbi tribunala verilib.
Moderator.az   müsəlman hərbçi qadının sonrakı taleyi haqda məlumat verməyə çalışacaq.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR