Slimfit
  1. AVTO VƏ MOTO

Hibrid avtomobillər: təmiz və qənaətcil

Hibrid avtomobillər: təmiz və qənaətcil
Sakura

Hibrid avtomobillər: təmiz və qənaətcil

Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. Ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılmasının vacibliyini qeyd edən nazir müavini bildirib ki, Azərbaycanda da elektrik və hibrid avtomobillərin istifadəsinin tətbiqi və təşviqi ilə ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyətinin avtonəqliyyatın payına düşdüyünü nəzərə alsaq, nazir müavininin fikirləri bu gün üçün olduqca əhəmiyyətli və akualdır.

Hazırda Azərbaycanda hansı hibrid avtomobillər var?

Azərbaycana ilk gətirilən hibrid avtomobil “Leksus” modeli olub. Azərbaycanda hibrid avtomobillərin ən çox yayılanı 1500 kub santimetr mühərrikli modellərdir. Bunlardan biri də “Toyota Prius”dur.

Azərbaycanda birinci ələ nisbətən ikinci əl olan hibrid modellər üstünlük təşkil edir. Hər gün Azərbaycana azı iki köhnə “Toyota Prius” modeli daxil olur. Yaponiya istehsalı olan bu avtomobillər ABŞ-dan Gürcüstan bazarına, oradan da Azərbaycana gətirilir.

Bu yaxınlarda Azərbaycana 2500 kub santimetr mühərrikli “Toyota RAV 4” modeli gətirilib.

Hibrid avtomobil nə qədər qənaətlidir?

Hibrid avtomobillərin atmosfer havasına əhəmiyyətli dərəcədə müsbət təsiri danılmazdır. Ancaq bu model avtomobillər təkcə atmosferə deyil, sürücüsünün cibinə də müsbət təsir edir.

Məsələn, ənənəvi mühərriklə işləyən 2400 kub santimetr mühərrikli "Toyota RAV4" avtomobili 100 km-ə 10 litr benzin sərf etdiyi halda, hybrid, 2500 kub santimetr mühərrikli "Toyota RAV4" 100 km-ə 4,5 litr benzin sərf edir. Eyni zamanda benzinlə işləyən 1300 kub santimetr mühərrikli "Honda Civic" avtomobili 100 km-ə 7,1 litr, hibrid "Honda Civic" avtomobili isə 100 km-ə 5 litr benzin istifadə edir. 1800 kub santimetr mühərrikli "Toyota Prius" modeli isə 100 km-ə 4,5-5 litr yanacaq yandırır.

 

Hibrid avtomobillər üçün ölkədə servislər var?

Avtomobil mütəxəssislər hesab edir ki, əvvəl Azərbaycanda hibrid maşınların rəsmi servis xidməti tam qurulmamışdı. Bu səbəbdən həm ehtiyyat hissəsi, həm də usta məsələsində problem yaşanırdı. Məhz buna görə çoxu bu avtomobillərdən almağa ehtiyat edirdi.

Ancaq artıq Azərbaycanda da hibrid avtomobillərin servis xidməti problemi aradan qalxıb. Azərbaycanda hazırda hibrid avtomobillər üçün tam olaraq servis xidməti təşkil olunur. Servislərdə bütün ehtiyyat hissələrini tapmaq mümkündür.

Bəs niyə hələ də hibrid avtomobillərin sayı azdır?

Bir çox mütəxəssis hesab edir ki, hibrid avtomobillərin ekologiyaya və insan sağlamlığına zərər verməməsinə baxmayaraq, tətbiq olunan gömrük rüsumları və aksiz vergisinin ənənəvi yanacaqla çalışan avtomobillərlə eyni olması onların Azərbaycana idxalını zəiflədir.

Avtomobil ekspertləri hesab edir ki, bu avtomobillərə tətbiq edilən gömrük rüsumları azaldılmalı, aksiz vergisi isə ümumiyyətlə ləğv edilməlidir. Çünki bu avtomobillər atmosferə az zərər verir. Bundan əlavə avtokreditləşmənin faizini azaltmaq lazımdır. İnsanların təzə avtomobillərdən istifadə etməsi üçün kredit şərtləri yumşaldılmalıdır. İlkin ödəniş 40%-dən 20%-ə düşməli, illik faiz də heç olmasa 9-10%-ə endirilməlidir.

Xatırladaq ki, hazırda Azərbaycanda təxminən 1 milyon 300 min avtomobil var ki, bunun əksəriyyəti köhnə avtomobildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR