Slimfit
  1. AZƏRBAYCANLI

Həzrəti Yunusdan sonra yaddaşlarda yaşayacaq üçüncü Yunus!

Həzrəti Yunusdan sonra yaddaşlarda yaşayacaq üçüncü Yunus!
Sakura

Həzrəti Yunusdan sonra yaddaşlarda yaşayacaq üçüncü Yunus!

Onun öz təyinatı vardır- keçmişdən gələcəyə miras daşıyır...

İstedadlıdır- İlahi ərmağandan ona da verilib…

Xoşbəxtdir- hər iki dünyanın rəhmətini qazanır...

Səsi sarı rəngdədir, bu rəng müdriklərdə olur- həsəd apardım…

Yeddi rəngdən üçü ruhunda vardır, biri də olsaydı dərviş adlandırardım- bunu ariflər üçün söylədim...

Hər adam üçün danışmır- onu anlayanlar anlayır, anlamayanları yorur...

...Tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir...

Həmkarları keçmişdən yazıb, bu günə təqdim edirlər. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq. Onu bu günkündən çox tanıyacaqlar...

Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma hər ağlı kəsən onu xalqın dostu kimi tanımalı, ehtiram göstərməlidir- bunu xidmətləri deyir...

Söylədikləri Quran ayəsi deyil, amma arxasıyca haqqı çəkən kəlmələrdir- onu eşitməyə dəyər...

Düşünür, düşündürməyi də bacarır- dərin adamdır…

Sıradan bir nəfər deyil- qənimət insanlardandır…

O, odur- Yunus peyğəmbərdən sonra yadda qalacaq üçüncü Yunus. Ortada Yunus İmrə də vardır...

İyulun 22-si Yunus Oğuzun 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.

60 yaşın mübarək, Yunus Oğuz!

Rənglərin heç zaman solmasın!..

Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR