Slimfit
  1. DİN

Həzrət Məsihin (ə) İmam Məhdinin (ə.f) dövlətindəki rolu necə olacaq?

Həzrət Məsihin (ə) İmam Məhdinin (ə.f) dövlətindəki rolu necə olacaq?
Sakura

Həzrət Məsihin (ə) İmam Məhdinin (ə.f) dövlətindəki rolu necə olacaq?

Həzrət Məsihin (ə) İmam Məhdinin (ə.f) dövründəki rolu çox böyük olacaqdır. Hədislərə əsasən İmam (ə.f) qiyamın əvvəlində Beytul-müqəddəsdə böyük cəmiyyətlə namaz qılacaqdır. Bu zaman Həzrət İsa (ə) göydən yerə enəcək və camaat namazında iştirak edəcəkdir. İmam Məhdi (ə.f) ona təklif edəcəkdir ki, imam-camaat olsun. Ancaq Həzrət İsa (ə) qəbul etməyəcəkdir. O, deyəcəkdir: “Sən imamlıq et və mən də sənə iqtida edəcəyəm”.

Bu haqda təxminən 20-yə yaxın hədislərimiz vardır. Onlardan biri belədir: “Həccac ibni Yusif Səqəfi, Şəhr ibni Huşəbə deyir: “Allah Kitabında bir ayə vardır ki, məni yormuşdur”.

Şəhr soruşur ki, bu, hansı ayədir?

Deyir: “Nisa” surəsinin 159-cu ayəsidir”.

Bu ayə belədir: “Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın (ə) Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və ölümündən qabaq ona iman gətirəcək). O da Qiyamət günü onlara şahid olacaqdır”.

Bəli, Həzrət İsa (ə) Qiyamət günü bütün kitab əhlinin əleyhinə şəhadət verəcəkdir. İstər ona iman gətirənlər olsun, istərsə də faydasız imana malik olanlar. Qurani-Kərim buyurur ki, peyğəmbərlər (ə) Qiyamət günü şəfaət verəcəklər. İsa (ə) da öz qövmünün şəfaətçisidir.

Həccac deyir: “Allaha and olsun ki, mən əmr edəcəyəm ki, yəhudilərin və xristianların başını vursunlar”.

Şəhr deyir: “Allah əmiri salamat etsin! Ayə təfsir etdiyiniz kimi deyildir”.

Deyir ki, bəs nə cürdür?

Şəhr deyir: “İsa (ə) Qiyamətdən əvvəl yerə enəcək və elə bir insan qalmayacaqdır ki, Həzrət Məhdinin (ə.f) arxasında namaz qılmasın”.

Həccac deyir: “Çox təəccüblüdür. Bu mövzunu haradan bilirsən?”,

Deyir: “İmam Baqirdən (ə)”.

Həccac deyir: “Allaha and olsun ki, zülal bulaqdan götürmüsən”.

Əllamə Təbatəbai buyurur: “Ayə onu demək istəyir ki, Məsih (ə) ölməzdən əvvəl ona iman gətirəcəklər və bu iman, İslam rəhbəri olan İmam Məhdinin (ə.f) davamçısı olmaq amilini hazır edəcəkdir”.

Başqa hədisdə oxuyuruq: “İmam Baqir (ə) Xisəməyə buyurur: “Ey Xisəmə! Elə bir zaman gəlib çatacaqdır ki, insanlar Allahı tanımayacaqdır və tövhidi bilməzlər, o zamana qədər ki, Dəccal zühur edər. İsa ibni Məryəm (ə) göydən yerə enər, Allah Dəccalı onun əli ilə qətl etdirər.

Mənim Əhli-Beytimdən (ə) olan kişi ilə namaz qılacaqdır. Məgər görmürsən ki, İsa (ə) biz Əhli-Beytin (ə) arxasında namaz qılır? Halbuki, o, peyğəmbərdir. Agah ol ki, biz Əhli-Beyt (ə) ondan üstünük”.

İmam Məhdinin (ə.f) qurduğu dövlət ümmətin ən yaxşıları tərəfindən idarə olunacaqdır. Hədislərdən belə nəticəyə gəlmək olur ki, bu dövlətin vəzirləri – peyğəmbərlərdən (ə), onların vəsilərindən, təqvalılardan, salehlərdən olacaqdır. Onlar ibarətdir: Həzrət İsadan (ə), Kəhf səhabələrinin 7 nəfərindən, Musanın (ə) vəsisi olan Yuşadan, Ali-Firon möminindən, Salman Farsidən, Malik Əştərdən, Həmədan qəbiləsindən...

Başqa hədisdə oxuyuruq ki, Həzrət İsa (ə) İmam Məhdi (ə) dövlətinin vəziri seçiləcəkdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “İsa (ə) səhər çağı iki libas arasında ki, biri sarıdır, biri də zəfəran rəngindədir – nazil olacaqdır. Bədəni ağ və saçları sarışındir. Sanki başından yağ axır və əlində silahı vardır. Xaçı sındıracaq və donuzu öldürəcəkdir. Dəccalı həlak edəcəkdir. O, Qaimin (ə.f) malına görə məsul olacaqdır. Kəhf səhabələri onun müavinləri olacaqdır. O, Qaimin (ə.f) sağ əli, naibi olacaqdır. O, İmam Məhdinin (ə) kəraməti sayəsində qərbdə və şərqdə əmin-amanlığı təmin edəcəkdir”. (Həvzəh)

Beləliklə deyə bilərik ki, İmam Məhdi (ə.f) namaz qılan zaman yerə enən Həzrət İsa (ə), İmamın (ə.f) arxasında namaz qılacaqdır və ona iqtida edəcəkdir. Bu da o deməkdir ki, İmam Məhdinin (ə.f) məqamı ondan daha ucadır.

Sonra isə İmam Məhdinin (ə.f) dövləti qurulacaq və Həzrət İsa (ə) bu dövlətin vəzirlərindən biri olacaqdır. Ona iman gətirən insanları doğru yola hidayət edəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR