Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Həzm sistemi

Həzm sistemi
Sakura

Həzm sistemi

Həzm sistemi – həzm apratının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8-10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil edir. Buraya dişlər, ağız suyu vəziləri, dil aiddir.

 

Ağız boşluğu

Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Bunun divarlarını dodaqlar, yanaqlar, damaq və ağız dibi təşkil edir.Alt və üst çənələrdə dişlər yerləşir. İnsanda dişlər iki dövrdə inkişaf edir. I dövrdə süd dişləri və II dövrdə daimi dişlər aiddir.

Anadan yeni doğulmuş uşaqlarda diş olmur. Uşaqların təxminən 6 aylığından süd dişləri çıxamağa başlayır. 10-12 yaşlarında tökülərək onları daimi dişlər əvəz edir.İnsanlarda axırıncı iki diş 20-22 yaşlarında çıxır. Hər bir diş çənə sümüyuündə dərin oyuqda yerləşən kökdən, diş əti ilə tutulan boyundan və ağız boşluğuna çıxan tacdan ibarətdir.Dişin daxilində boşluq vardır. Həmin boşluqda yerləşən diş özəyi tor birləşdirici toxuma, qan damarları və sinirlərlə tutulmuşdur. Diş quruluşuna görə iki cür toxumadan əmələ gəlmişdir: sərt və yumşaq. Dişin sərt toxumaları dentin, mina və sementdən ibarətdir. Dentin diş boşluğunu və kanalını əhatə edir. Diş minası diş tacını xaricdən örtərək dişi xarab olmaqdan, yeyilmədən və mikroblardan qoruyur. Sement diş boyunu və kökünü əhatə edir.

İnsanın dişləri formaca üç tipə bölünür: kəsici, köpək və azı dişlər. Azı dişlər öz növbəsində kiçik və böyük azı dişlərə bölünür. Dişlərin belə müxtəlif olması onların müxtəlif funksiyalar yerinə yetirmələri ilə əlaqədardır. Kəsici dişlər qidanı tutmaq, kəsmək və dişləmək üçündür. Üst və alt çənənin hər birində qabaqda dörd ədəd kəsici dişlər yerləşir. Bunlardan sonra hər tərəfdə bir ədəd iki köpək dişi vardır. Köpək dişlərdən sonra hər iki tərəfdə iki kiçik azı və üç böyük azı dişləri yerləşir. Bu dişlər qidanı çeynəmək funksiyası yerinə yetirdiklərindən,onlarin tacının səthi enli və qabarıqlı olur. Insan azı dişləri ilə qidanı doğrayır, əzir və çeynəyir. Dişlərin qidanı bu şəklə salması onun sonrakı həzm olunmasını asanlaşdırır. Ümumiyyətlə, yetkin insanda 32 diş olur.

Ağız boşluğu dəhliz və xüsusi ağız boşluğundan ibarətdir. İnsanda və məməlilərin əksəriyyətində ağız boşluğu üst və alt dodaqlardan, yanaqlardan, sərt və yumşaq damaqdan, dildən və ağız boşluğunun dibində yerləşən əzələlərdən əmələ gəlib. Ağız boşluğunun divarı daxildən selikli qişa ilə örtülmüşdür. Selikli qişa külli miqdarda selik ifraz edən kiçik vəzlərlə örtülmüşdür.

Dişlərin bünövrəsi inkişafın embrional dövründən başlayır. Anadan olandan 5 – 6 ay sonra süd dişləri çıxmağa başlayır və 6 yaşa qədər onların sayı 20-yə çatır: 8 kəsici, 4 köpək və 8 kiçik azı dişi. "Süd dişləri" adı dahi yunan həkimi Hippokrat tərəfindən veril-mişdir. 5 – 8 ayından sonra ilk dəfə alt çənədə birinci olaraq orta kəsici dişlər, bir yaşın-da adətən 8 diş, 3 yaşın əvvəlində bütün 20 süd dişi çıxmış olur. Süd dişləri 6 yaşından sonra daimi dişlərlə əvəz olunur. Daimi dişlərin sayı yaşlılarda 32-yə çatır. Bunlar 8 kəsi-ci, 4 köpək, 8 kiçik azı və 12 böyük azı dişləridir. Axırıncı dövrlərdə çıxan 4 böyük azı di-şinə ağıl dişi deyilir.

Quruluşuna görə dişlər tac, boyun və kök hissələrindən ibarətdir. Diş tacının diş ətini dələrək ağız boşluğunda görünməsinə dişçıxarma deyilir. Ağız boşluğunda qidanın xırdalanması ilə bərabər onun üç cüt ağız suyu vəzləri tərəfindən islanması və bir sıra qida maddələrinin ilkin hidrolizi baş verir. Ağız boşluğunda üç cüt iri – qulaqyanı, çənə və dilaltı ağız suyu vəzlərinin axarı açılır. Tüpürcəyin tərkibində 99% su, üzvi və mineral maddələr vardır. Həmin vəzlər gündə 0,6 – 2 litrə qədər tüpürcək ifraz edir.

İ.P.Pavlov tərəfindən qulaqyanı vəzin axarı çıxarılıb üzün dərisinə tikilmişdir. Bun-dan sonra həmin vəzin şirəsi ağız boşluğuna deyil, xaricə tökülmüşdür. Ağız suyunun tərkibində qidanı kimyəvi dəyişikliyə uğradan maltaza fermenti vardır. Ağız boşluğunda fermentlərin təsirindən karbohidratlar disaxaridlərə qədər parçalanır. Dil əzələli orqandır, üzəri dad reseptorları ilə zəngin olan selikli qişa ilə örtülmüşdür. Dilin kökü, cismi və üst tərəfi vardır. Dilin üst tərəfində şirin, yan tərəfində  turş və şor, kökündə isə  acı dadı hiss edən reseptorlar yerləşir. Dil qidanın dadını və temperaturunu hiss etməklə yanaşı, onun udulmasında iştirak edir. Tüpürcəyin tərkibində olan lizosim maddəsi bakteriosid təbiətlidir.Ağız boşluğunda olarkən qidanın çeynənilməsi və udularaq qida borusu ilə mədəyə daxil olması təmin olunur. İ.P.Pavlov ağız suyu vəzlərinin fəaliyyətini onların vəzlərinin axaranı xaricə çıxarıb üzün dərisinə tikmək və axarlarına fistul qoymaqla öyrənmişdir. O, müəyyən etmişdir ki, tüpürcək reflektor yolla ifraz olunur. Qida əvvəlcə reseptorları qıcıqlandırır və əmələ gələn oyanma mərkəzəqaçan sinirlə uzunsov beyində olan ağız suyu mərkəzinə, oradan mərkəzdənqaçan hərəki sinirlərlə tüpürcək vəzlərinə çatdırılır və ağız suyu vəzləri şirə ifraz etməyə başlayır.

 

Ağız suyu vəziləri

Ağız boşluğuna bir çox vəzilər açılır. Bunlar öz həcminə görə iki qrupa bölünür: kiçik ağız suyu vəziləri və böyük ağız suyu vəziləri. Ağız boşluğuda kiçik vəzilərin miqdarı çoxdur və həcmləri 1-5 mm-ə qədərdir. Məsələn, dodaq vəziləri, yanaq vəziləri, damaq vəziləri və dil vəziləri. Böyük ağız suyu vəziləri üç cütdür: qulaqaltı, çənəaltı və dilaltı vəzilər. Ağızda qida ağız suyu vəzilərinin buraxdığı ağız suyu ilə islanır və ağız suyu tərkibində olan fermentlərin təsiri altında müəyyən qədər parçalanmağa başlayır.

 

Dil

İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzilər və limfa damarları ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq, həm də nitq üzvüdür. Ağız boşluğundan qida dil vasitəsilə udlağa ötürülür.

 

Udlaq

Həzm kanalının ikinci hissəsini təşkil edərək, burun və ağız boşluqları ilə qırtlağın arxasında yerləşmişdir. Udlağın uzunluğu 12-15 sm və eni 4,5sm-ə bərabərdir.Udlağın vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı tənəffüs yolu ilə çarpazlaşır.

 

Udma

Çeynənmiş və ağız suyu ilə islanmış qida topası dilin dibinə düşdükdə oradakı reseptorlar qıcıqlanır. Udma əzələləri reflektor surətdə yığılır.Qırtlaq qapağı qığırdağı aşağı enir və qidanı qırtlağa düşməyə qoymur. Yumşaq damaq qalxır, burun-udlağın yolu tutulur və qida topası udlağa itələnir. Qida sonra qida borusuna duşür.Onun divarları dalğavari yığılaraq qidanı mədəyə otürür. Qida borusunun uzunluğu 25sm və eni 1,5-2 sm-ə bərabərdir.

 

Mədə

Yaşlı adamlarda uzunluğu 21-25 sm, diametri ən geniş hissəsində 12-14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5-10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir. Mədədə qidalı maddələrin parçalanması prosesi mədə şirəsinin təsiri altında davam edir. Həzm olunmaqda olan bir neçə saat şirənin təsirinə məruz qalır.Sonra qida nazik bağırsağın onikibarmaq bağırsaq hissəsinə keçir.

Həzm kanalının ən genişlənmiş torbayabənzər hissəsi olub, həcmi 1,5 – 3 litrə bərabərdir. Mədə qarın boşluğunun sol tərəfində diafraqmanın altında yerləşir.

Həzmin gedişi mədədə 3 – 10 saat davam edir. Mədənin divarı 3 qatdan – xaricdə birləşdirici toxumadan, ortada əzələ toxumasından və daxildə selikli qişadan qurulmuş-dur.

Mədənin yuxarıda kiçik girəcəyi, aşağıda böyük əyriliyi və çıxacaq hissəsi var.

Qida borusunun mədəyə açılan hissəsinə onun girəcəyi, onikibarmaq bağırsağa keçən hissəsinə çıxacağı deyilir. Mədə şirəsinin tərkibində fermentlər, xlorid turşusu, seliyəbənzər maddələr vardır. Mədə divarının yığılması sayəsində qida mədə şirəsi ilə daha yaxşı qarışır, bu isə onun həzm olunmasını asanlaşdırır.

Mədədə selik ifraz edən əlavə hüceyrələr də vardır. Selik mədənin divarını pepsin fermentinin və xlorid turşusunun dağıdıcı təsirindən qoruyur. Mədənin onikibarmaq bağırsağa açılan hissəsində olan sfinktor açılaraq yarım qarışdırılmış qida möhtəviyyatı-nı hissə-hissə bağırsağa ötürür.

Mədədə həzm mədə şirəsinin təsiri altında gedir. Sutkada 2 litr mədə şirəsi ifraz olunur. Əvvəlcə mədə divarının hərəkəti sayəsində qida qarışır və həll olunur. Zülallar pep-sin fermentinin təsirindən albumoz və peptonlara qədər parçalanır, ximozin süd zülalları-nı çürüdür və süd yağlarını emulsiya halına salır. Mədə şirəsində karbohidratları parçalayan fermentlər olmur. Lakin ağız boşluğundan daxil olan qidanın içində olan tüpürcək fermentinin hesabına sulukarbonların parçalanması müəyyən müddət, yəni xlorid turşusu ilə qarışana qədər davam edir. Mədə mühiti turş mühitdir. Ağız boşluğu-nun mühiti zəif qələvidir. Sulukarbonlar qələvi, zülallar turş mühitdə fermentlərin təsirilə parçalanır. Mədə şirəsinin əmələ gəlməsi və ifrazı sinir və humoral yolla baş verir.

Mədə şirəsi ifrazının sinir tənzimi. Mədə şirəsi də ağız suyu kimi reflektor yolla ifraz olunur. Bunu qida borusu boyun nahiyəsində kəsilib xaricə çıxarılmış və boynun dərisinə tikilmiş it üzərində öyrənmək olar. İti bu cür qidalandırdıqda qida mədəyə düş-mək əvəzinə boyun nahiyəsindəki kəsikdən xaricə tökülür və belə qidalanma yalançı qidalanma adlanır. Yalançı qidalandırma təcrübəsi təmiz mədə şirəsi almağa imkan verir. Bu məşhur təcrübə mədə şirəsi ifrazının reflektor təbiətli olmasını sübut edir.

Mədə şirəsi ifrazının humoral tənzimi. Şərti və şərtsiz reflekslərə yanaşı mədənin selikli qişasında əmələ gələn bioloji fəal maddələr, qida maddələri və onların parçalanma məhsulları, bişmiş ət, balıq, tərəvəz suyunda olan hazır bioloji fəal maddələr də şirə ifrazına səbəb olur. Reflektor mədə şirəsi ifrazı isə ancaq iki saat davam edir.

Mədə şirəsinin ifrazı 3 fazaya ayrılır: birinci, beyin fazası,  yəni mürəkkəb şərtsiz və şərti reflekslərin, məsələn, ağız boşluğunda udlaqda, qırtlaqda olan reseptorların, həmçinin görmə, eşitmə, qoxu analizatorları reseptorlarının qıcıqlanması vasitəsilə başlayır. İkinci,  mədə fazası adlanır və sinir-humoral yolla baş verir. Mədəyə daxil olan qida mədənin selikli qişasında olan reseptorların mexaniki və kimyəvi yolla qıcıqlanması nəticəsində yaranan qastrin hormonu qana keçir, mədə divarının hərəkətinə və şirə ifrazına səbəb olur. Üçüncü,  bağırsaq fazası xlorid turşusunun təsirilə bağırsağın selikli qişa-sından qana ifraz olunan bioloji fəal maddələrin hesabına baş verir. Həmçinin ət və balıq bulyonları, tərəvəz məhsulları mədə-bağırsaq reseptorlarını qıcıqlandırıb şirə ifrazına səbəb olur. Mədədən qana az miqdarda qlükoza, su, həll olmuş duzlar və bir sıra mad-dələr sorulur. Mədədə horra halına salınmış qida nazik bağırsağın başlanğıc şöbəsi olan onikibar-maq bağırsağa hissə-hissə daxil olur.

 

Mədə divarının quruluşu

Mədənin divarı bir neçə qişadan təşkil olunmuşdur.

 

Selikli qişa və selikaltı qat

Mədənin selikli qişası - lat. tunica mucosa çəhrayi rəngdə olur. boş mədənin selikli qişasında çoxlu büküşlər - lat. plicae gastricae vardır; bunlardan mədə girəcəyi və çıxacağı hissələrində onlar şüa; əyrilik nahiyəsindəkilər boylama və başqa nahiyələrdəkilər isə qeyri-müntəzəm istiqamətdə olur. Mədə ilə onikibarmaq bağırsaq arasında selikli qişa dairəvi bir büküş təşkil edir; bu büküş əzələ qişasından əmələ gəlmiş mədə çıxacağını büzən əzələyə - lat. m. sphincter pylori uyğundur və mədə çıxacağı qapağı - lat. valvula pylorica adlanır. Kiçik əyrilik boyu gedən boylama büküşlər mədə yolu adlanan boylama bir şırım əmələ gətirir. Mədə boş olduğu zaman büküşlərin miqdarı artır, dolu və ya genəlmiş halad onların miqdarı azalır. Bu büküşlərdən başqa selikli qişada mədə meydançaları - lat. areae gastricae adlanan hündürlüklər vardır. Bunların da üzərində zərrəbin ilə çuxurcuqlar - lat. foveolae gastricae gırmək olur. Bu çuxurcuqlara mədə vəzilərinin axacaqları açılır. Selikli qişa birqatlı silindrəbənzər epitel təbəqədən, əsas zardan və əzələ səfhəsindən ibarətdir. Bu qişada mədə şirəsi (lat. succus gastricus) ifraz edən borulu vəzilər vardır; bunlar iki qrupa bölünür: 1) xüsusi mədə vəziləri - lat. glandulae gastricae propriae və 2) mədə çıxacağı vəziləri - lat. glandulae pyloricae. Mədə şirəsinin tərkibində olan duz turşusunu xüsusi mədə vəziləri ifraz edir. Bu vəzilərdən başqa mədənin selikli qişasında limfa follikulları - lat. folliculi lymphatici gastrici vardır. Selikaltı qat - lat. tela submucosa mədədə yaxşı inkişaf etmişdir; ona görə selikli qişa mütəhərrikdir və yuxarıda göstərilən büküşləri əmələ gətirirlər.

 

Nazik bağırsaq

Mədə çıxacağından başlayaraq kor bağırsağa açılır. Uzunluğu orta hesabla 6-7 metrdir, yəni həzm kanalının ən uzun hissəsidir. Nazik bağırsağın selikli qişasında çoxlu xırda vəzlər yerləşir.Bunlar bağırsaq şirəsi ifraz edir.Nazik bağırsaqda qida maddələrinin parçalanması prosesi demək olar ki, başa çatır və parçalanma məhsulları qana sorulur.Nazik bağırsağın ön hissəsi olan onikibarmaq bağırsağa iki böyük vəzin: mədəaltı və qaraciyərin axacaqları açılır.Bu vəzlərin buraxdığı şirə onikibarmaq bağırsağa tökülür və qidanın həzmində iştirak edir. Nazik bağırsağın divarı bir neçə qatdan və qişalardan ibarətdir.

Nazik bağırsaqların uzunluğu 5 – 7 m olub, 3 hissədən ibarətdir: birinci – onikibarmaq, ikinci – acı, üçüncü – qalça bağırsaq. Nazik bağırsağın daxili səthi xovlarla örtüldü-yü üçün məxmər kimi olur. 1 sm2-da olan 2500-ə qədər xov nazik bağırsaqların selikli qişasının sorma səthini artırır. Xovların divarları birqat epitel toxuması ilə örtülmüşdür. Hər bir növ xov hüceyrəsi 3000-ə qədər mikroxovcuqlara malikdir. Hər xova qan və limfa damarı daxil olub, burada kapilyar tor əmələ gətirir. Suda həll olmuş aminturşular və qlükoza xovların kapilyarlarından qana sorulur. Xovlar bağırsağın sorma səthini 1000 dəfəyə qədər artırır. Qliserin və yağ turşuları əvvəlcə xovların epiteli hüceyrələrinə keçir və burada insan orqanizmi üçün xarakterik olan yağlar əmələ gətirir. Yağlar limfa damarlarına sorulur və limfa ilə birlikdə ürəyin sağ qulaqcığına açılan boş vena məcrasına qovuşur.

Onikibarmaq bağırsağın uzunluğu 25–30 sm, diametri 3–5 sm bərabərdir. Onikibarmaq bağırsağa qaraciyər və mədəaltı vəzin axarları açılır.

Nazik bağırsaq şirəsinin mühiti qələvi reaksiyaya malik olub, mədədən daxil olan turş qida mühitini neytrallaşdırır. Nazik bağırsaqlarda həzm prosesi bir-birilə əlaqəli 3 mərhələdə gedir: boşluq həzmi, membran həzmi və sorulma.

Öyrəndiyimiz hüceyrədaxili və hüceyrəxarici həzm tipindən başqa alimi A.M.Uqolyev tərəfindən kəşf edilən üçüncü membran həzm tipi müəyyən edilmişdir. Membran həzmini hüceyrədaxili və hüceyrəxarici mühit sərhədində membranın üzərində xovlar arasında fiksə olunmuş çoxlu fermentlər həhata keçirir. Ölçüləri iki qonşu mikroxovlar arasındakı məsafədən kiçik olan qida hissəcikləri membran həzmə məruz qalır. Su, aminturşular, qlükoza, qliserin və monosaxaridlər xovların qan kapilyarlarına so-rulur və bütün orqanizmə aparılır. Nazik bağırsaqlar yoğun bağırsaqlara keçir. Onun uzunluğu 1,5 – 2 metrə çatır. Diametri 4 – 8 sm-dir.

 

Qaraciyər

Ən böyük vəzidir (2 kq). Qarın boşluğunda sağda, yuxarı hissədə yerləşib, bir neçə hissədən ibarətdir.Tünd qırmızı rəngdə olur.Qaraciyər öd ifraz edir ki, bu da öd kisəsinə toplanaraq, oradan onikibarmaq bağırsağa tökülür.Öd yağların parçalanmasına və sorulmasına güclü təsir edir. Qaraciyər həzmdə iştirakından başqa baryer (toplamaq) roluna da malikdir.O ödlə birlikdə orqanizmdən müxtəlif zərərli birləşmələri ayırıb xaric edir. Qaraciyərdə, həmçinin, karbohidratlar- nişasta (qlikogen) ehtiyat bir məhsul kimi saxalanılır. Qaraciyərdə embrion dövründə qırmızı qan kürəcikləri əmələ gəlir.

Qaraciyər ən iri həzm vəzlərindən olub, çəkisi 1,5–2 kq qədər. O sağ tərəfdə diafraq-manın və qabırğaların altında yerləşir. Gün ərzində 500 – 1200 ml öd hazırlayır. Öd zəif qələvi reaksiyaya malikdir. Öd yağların daha kiçik hissələrə parçalanmasını və sorulma-sını asanlaşdırır. Bağırsaq şirəsi və mədəaltı vəzinin şirəsi fermentlərin fəallığını artırır. Qaraciyər bağırsaqlardan qana sorulan zəhərli maddələrin 95%-ə qədərini zərərsizləşdirir, ammonyakı sidik cövhərinə çevirir.

 

Mədəaltı vəz

Onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir. Mədəaltı vəz uzunsov olub, daxiliarakəsmələr ilə bir neçə hissəyə bölünür. Onların axzarları iki böyük axarda birləşərək onikibarmaq bağırsağa açılır. Bu vəzin ifraz etdiyi şirə bir çox fermentlərə malikdir. Bu fermentlər bütün qidanın tərkibinə təsir göstərir. Mədəaltı vəzdə tripsin, amilaza və lipaza fermentlər sintez olunur.

Mədənin arxasında, onikibarmaq bağırsağın əyrisində çəkisi 70-100 q, uzunluğu 12–15 sm olan mədəaltı vəzi yerləşir. Vəzin axarı ilə həzm şirəsi onikibarmaq bağırsağa açılır. Nazik bağırsaq şirəsinin mühiti qələvi reaksiyaya malik olub, mədədən daxil olan turş qida mühitini neytrallaşdırır.

 

Yoğun bağırsaq

Yoğun bağırsaq• 1.5 metr uzunluğunda olub, üç hissəyə bölünür: kor bağırsaq, çəmbər və düz bağırsaq. Zahiri forması uzun konusa bənzəyir, eni yuxarıda 7, aşağıda 4 sm-ə çatır. Nazik bağırsağın yoğun bağırsağa keçdiyi yerdə torbayabənzər kor bağırsaq yerləşir. Kor bağırsaqdan aşağıya doğru soxulcanabənzər çıxıntının (latınca: appendix) iltibahı həyati təhlükəlidir. Orqanizmdə həzm olunmayan qida qalıqları yoğun bağırsağa toplanır. Burada qidanın həzm olunmayan hissəsi tədricən susuzlaşdırılır. Əmələ gəlmiş nəcis düz bağırsaqdan xaricə atılır. Yoğun bağırsaqda xovlar olmur. Yoğun bağırsaqda gün ərzində 1 litrə qədər suyun və mineral maddələrin sorulması baş verir. Bundan başqa zülal qalıqlarının cürüməsi nə-ticəsində əmələ gələn bir sıra zəhərli maddələr qana sorulub, həmin qanla qaraciyərə daxil olan qapı venası ilə ora daxil olur və orada zərərsizləşdirilir. Yoğun bağırsaqda mikroorqanizmlər olur. Mikroorqanizmlərin içərisində bağırsaq çöpləri üstünlük təşkil edir.

Yoğun bağırsağın mikroflorası həll olmayan qida qalıqlarını, eyni mənşəli qidaları parçalayır. B və K qrupundan olan vitaminləri sintez edir, xəstəliktörədən mikrobların fəaliyyətini dayandırır və maddələr mübadiləsində fəal iştirak edir. Lazımsız qida möhtə-viyyatının 130–150 q-ı sorulmaya uğramır və düz bağırsaq vasitəsilə xaric olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR