Heyvan sevgisi depressiyanın qarşısını alır - Psixoloqlar
Heyvan sevgisi uzun illərdir psixoloqların araşdırdığı bir mövzudur. Onlar heyvan sevgisinin depressiyanın qarşısını aldığını və uşaqların inkişafına təsir etdiyini qeyd edilər.
Ens.az xəbər verir ki, Medicina.az həmin araşdırmanı təqdim edir:
Evcil hayvanlar neqativ duyğulardan uzaqlaşmağımıza ve stressimizi azaltmağa dəstək olur. Xüsusi ilə də heyvan sevgisi ilə erkən yaşda tanış olan uşaqlar daha güvənli, empati qurmağı bacaran şəxs olaraq yetişirlər.
Günümüzdə depressiya hamımzın həyatına təsir edir. Psixoloqlar bunun müalicəsində ev heyvanlarının da rolu olduğunu deyirlər: “Bu cür müalicələr, yaşam keyfiyyətini artırmaqla bərabər, fiziki, ruhi və sosial baxımdan da təsirlidir. Depressiyanın simptomları istəksizlik, enerjinin azalması, xoşbəxt olmamaq və gündəlik öhdəlikləri yerinə yetirə bilməkdə çətinlik çəkməkdir. Bu zaman gəztinti ilə yanaşı bir çox idman növləri məsləhət görülür. Belə vəziyyətlərdə evcil heyvanlarla edilən gəzinti müalicə də daha effektlidir”.
Bundan başqa, evcil heyvanların uşaqlar üzərində də müsbət təsirləri var: “Uşaq və heyvan arasında yaranan sosial fəaliyyətlər ailə bağlarının güclənməsinə kömək edər. Uşaq empati, doğru ünsiyyət qurmağı və paylaşmağı öyrənər. Öhdəlik aldıqca hörməti və güvəni artaraq inkişaf edər. Ev heyvanlarının məsuliyyətini daşıyan uşaqların sosial bacarıqlarının artdığı, fərdi qərarlar qəbul etmə qabiliyyətlərinin yüksəldiyi və ətrafı daha yaxşı müşahidə edə bilmə qabiliyyətinni olduğu müəyyən edilmişdir.
Psixoloqlar evcil heyvan saxlamağın alzheimer xəstəliyi olan yaşlı insanlar üçün də faydalı olduğunu bildirirlər. Heyvanlar yaşlı insanlarda təklik hissini azaldır, yaşlıların aktiv və hərəkətli günlər keçirmələrinə kömək edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət