Slimfit
  1. AZƏRBAYCANLI

Həyətində muzey yaradan müəllim

Həyətində muzey yaradan müəllim
Sakura

Həyətində muzey yaradan müəllim

Çay daşlarından hörülən divarlar tarixi bir qalanı və ya qəsri xatırladır.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Masallının Boradigah qəsəbəsində yaşayan müəllim Məmməd Məmmədov həyətyanı sahəsində müxtəlif qədimi əşyalardan muzey yaradıb.

Müxtəlif ölkələrdən gətirilən güllər, qədim əmək daşları, qədim məişət əşyaları, xalçalar və çay daşlarının ahəngi. Müəllim Məmməd Məmmədov deyir ki, qədim əmək daşlarının bəzisi ona hədiyyə edilib, bəzisini isə elə çay kənarından tapıb. 

Məmməd Məmmədov - Sakin: "Ərəb ölkələrindən, Hind okeanı sahilindən maraqlı daşlar gətirmişəm. Avropa ölkələrindən, Amerikadan, Polşadan gül var. Öz yerli sort güllərimiz var. Qızıl güllərin 100-dən artıq sortu var. Xalça, daşlar var ki, əmək aləti kimi istifadə olunub. 2 minə yaxın qablar var burda istifadə olunub.

Müəllimin şəxsi kolleksiyasında təxminən 50-ə yaxın ölkənin qədim pul əskinazları xüsusi yer tutur:

"Pul toplamağa uşaqlıqdan marağım olub. Pullar hardasa 17-18-ci əsr rus pulları, 19-20-ci əsrin xarici ölkə pulları var. Qədim pullar var. Tam müasir dövürə qədər pullar var".

Məmməd Məmmədovun həyat yoldaşı, ixtisasca ingilis-alman dili müəllimi olan Naibə Məmmədovanın isə külqabı kolleksiyası var. Burada bir neçə ölkədən gətirilmiş müxtəlif formalı və həmin ölkənin rəmzlərini əks etdirən külqabılar saxlanılır.

Naibə Məmmədova - sakin: "Ümumilikdə 50 ədəd var. Müasir külqabılara fikir verməmişik. Çalışmışıq ki, gətirdiyimiz yerin adı da üzərində olsun. Bilinsin ki, bu oradan alınıb. Bir də qeyri-adiliyinə fikir vermişəm".

Külqabıların içərisində daha çox 50 il əvvəl Xankəndindən alınanlar diqqət çəkir. Məmmədovlar ailəsi illərdir yığıb saxladıqları qədim əşyaları gələcək nəslə ötürmək niyyətindədirlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR