Dərc edildi: Baxış sayı: 600
Həyətdə fişəng partladan oğlan saxlanıldı
Avqustun 25-də gecə saat 01:00-da Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.
E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət