Slimfit
  1. CƏMİYYƏT

Heydər Əliyevlə ilk dəfə necə görüşdüm... - Telejurnalistin xatirəsi

Heydər Əliyevlə ilk dəfə necə görüşdüm... - Telejurnalistin xatirəsi
Sakura

Heydər Əliyevlə ilk dəfə necə görüşdüm... - Telejurnalistin xatirəsi

Faiq Hüsiyev,
“Azərbaycan Televiziya və Radio verilişləri” QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru 


Azərbaycan tarixinin 35 illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində ulu öndər Azərbaycanı tarixin çətin sınaqlarından çıxarmış, müstəqil ölkəmizin etibarlı bünövrəsini yaratmışdır.

Bu böyük insanın ömür yolu və siyasi fəaliyyyəti haqqında cildlər yazılıb, dəyərli filmlər çəkilib. Təkcə Azərbaycanda deyil, dünya siyası arenasındakı fəaliyyəti, planetar miqyasdakı nüfuzu hər bir azərbaycanlının fəxr mənbəyinə çevrilib.

Mən ulu öndərlə ilk dəfə 1993-cü il mart ayının 3-də görüşmüşdüm. O vaxt Heydər Əlyev mövcud iqtidar tərəfindən təzyiqlərlə üzləşirdi. Mənimlə bərabər jurnalistika fəaliyyətilə məşğul olan Vüqar İsmayılovla birlikdə paytaxtımızda, “Nərimanov” metrostansiyası yaxınlığındakı elmi-tədqiqat institunun binasında keçirilən Yeni Azərbaycan Partiyasının yığıncağında iştirak etmişdik.

Azərbaycandakı hakimiyyət böhranının müzakirə olunduğu və iki saatdan çox davam edən bu iclasda yaşca ən cavan adam mən idim, 22 yaşım var idi. Vüqar məndən üç yaş böyük idi. İlk dəfə olaraq burada Heydər Əliyevlə görüşdüm. Çox qeyri-adi gözləri var idi. İclasdan sonra onu əhatə edən yaşlı tərəfdarlarının arasından əl edib bizi çağırdı. Vüqarı yaxşı tanıyırdı. Naxçıvanda onu dörd gün qonaq da saxlamışdı. Vüqarla çox səmimi görüşdü. Vüqar məni Heydər Əliyevə təqdim edib “haqqında sizə danışdığım gənc jurnalist bu oğlandır” dedi. Heydər Əliyev əlini çiynimə qoydu. Adımı, harda təhsil aldığımı soruşdu. Üzünü ətrafındakılara tutaraq:

- Mənim gənc dostlarım, müsahibə almaq istəyir-dedi.

Sonra da “yorulmuşam, bir stəkan çay içim, Rəfaelə deyərəm, sizi çağırar” söylədi.

Razılıq əlaməti olaraq başını yellədən Rəfael Allahverdiyev kiçik dəhlizdən keçib yan otaqda tərəfdaşları ilə söhbətə başlayan Heydər Əliyevə zoğal mürəbbəsi və armudu stəkanda çay apardı.
Biz xeyli gözləyəsi olduq. Otağa girib-çıxanlar çox idi. Rəfael Allahverdiyev bir ucdan çay daşıyırdı. Təxminən iki saatdan sora o bizə yaxınlaşıb “Kişi (yəni- Heydər Əliyev) çox yorulub, telefon nömrəsini verin, sizə zəng edərəm, rahat bir vaxtda görüş təyin edək!” dedi. Sonralar Bakı şəhərinin meri vəzifısində çalışan Rəfael Allahverdiyev bizə heç vaxt zəng etmədi...

Onunla ikinci görüşüm isə 1997-ci ilin avqust ayında, “Gülüstan” sarayında Ukraynanın dövlət müstəqilliyi münasibətilə keçirilən rəsmi qəbulda olmuşdu. Ukrayna səfirliyinin konsulu Vladimir Çayka ilə birlikdə Ulu öndərlə görüşdük. Bir zamanlar Azərbaycanda işləmiş Ukraynanın Baş prokuroru Qriqori Vorsinovdan may ayında müsahibə almışdım. O, Heydər Əliyevlə bağlı dəyərli xatirələrini bizimlə bölüşmüşdü. Bu haqda danışan konsul Vladimir Çayka müsahibənin mənim tərəfimdən alındığını deyəndə Heydər Əliyev gülümsədi və ukraynalı diplomata biz jurnalistlərin fəaliyyəti haqda xoş sözlər söylədi.

Heydər Əliyevə olan bağlılıq mənim üçün şəxsiyyətə pərəstiş hissi deyil, xalqımı ucaldan bir insanın əvəzsiz xidmətlərinə təmənnasız, dərin ehtiramdır. Mən Ulu öndər ahaqqında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətinin bəlli bir hissəsinin unudulmaması üçün iki sənədli film çəkmişəm - “Heydər Əliyev və BAM” və “BAM-da Azərbaycan izi”.

Bu filmlər Baykal Amur Magistralı ilə bağlıdır.Dünyanın ən nəhəng dəmir yolu marşrutlarından biri kimi BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin əvəzsiz xidmətləri var. Bu böyük insanın yorulmaz fəaliyyəti barədə vaxtilə onunla bir yerdə çalışmış yüksək rütbəli insanlardan, görüşdüyü sıravi vətəndaşlardan aldığım çoxsaylı müsahibələrin hər birində ulu öndərin qeyri –adi idarəçilik bacarığı və insani keyfiyyətləri haqda ağız dolusu xoş sözləri lentə köçürmüşəm. Bu gün də Ulkan və Anqoya şəhərlərində yaşayan insanlar bu yerlərin ərsəyə gəlməsini Heydər Əliyevin adıyla bağlayırlar.
Azərbaycan xalqının ümummilli lideri və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır. Ruhu şad olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR