Slimfit
  1. MEDİA

Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi

Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi
Sakura

Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK)  Heydər  Əliyev    Azərbaycan  dövlətçiliyi  şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanın qurtuluş tarixi”  adlı növbəti məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə açan AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev 15 iyun 1993-cü ilin xalqımız üçün əziz olduğunu və tariximizə Milli Qurtuluş Günü kimi yazıldığını bildirib, bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Baş direktor Milli Qurtuluşa gedən yolda Azərbaycanın o zaman üzləşdiyi ağır, çətin proseslərdən danışıb. Qeyd edilib ki, xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilərək xalqın sabaha olan inamını özünə qaytardı və Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyinin buğunu, gələcəyi üçün böyük, zəngin bir irs qoydu. “Ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası reallaşdırılıb, müasir Azərbaycan dövlətinin qurulmasına nail olunub”- deyə Məmməd Əliyev vurğulayıb.

Azərbaycan Dillər Universitetinin prorektoru, millət vəkili Tamam Cəfərova çıxışında Ulu Öndərin hakimiyyətinin hər iki dövrünə tarixi faktlarla nəzər salaraq Heydər Əliyevin Azərbaycanın həm qurucusu, həm xilaskarı olduğunu xatırladıb. Millət vəkili qeyd edib ki, Ümummilli liderin qətiyyətli siyasəti nəticəsində Azərbaycan uçurumun bir addımlığından xilas oldu və 15 iyun tariximizdə dönüş nöqtəsinə çevrildi. Tamam Cəfərova Azərbaycanın qazandığı böyük Qələbənin ulu öndərin vaxtilə apardığı uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsi olduğunu və dahi liderin  layiqli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin bu missiyanı layiqincə yerinə yetirdiyini bildirib. “Bu gün Vətənini, dövlətini sevən hər bir azərbaycanlı ölkə Prezidentinin yanındadır. Bu gün biz 15 iyun tarixini qalib ölkənin qalib vətəndaşları kimi qeyd edirik”: - deyə millət vəkili Tamam Cəfərova vurğulayıb. Geniş məruzəsi zamanı millət vəkili ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini də tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, ümummilli lider Heydər Əliyev irsinin tədqiqatçısı İradə Hüseynova öncə müəllifi olduğu “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Tarix. Zaman. Düşüncələr” 4 cildliyini, “История народов Кавказа” adlı fundamental dərsliyini AMEA MEK-ə hədiyyə edib. “Azərbaycanın müasir tarixi ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır”- deyən professor İradə Hüseynova, Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə hər sahədə quruculuq prosesinə başlandığını, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün əsasların yaradıldığını bildirib. “Heydər Əliyev böyük siyasətçi olmaqla yanaşı, yüksək əqidəli mənəvi aləmi ilə milyonların qəlbində əbədi taxt qurub, dahi rəhbərin nurlu ideyaları Azərbaycan var olduqca yaşayacaq”: - deyə professor İradə Hüseynova qeyd edib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov ovaxtkı hakimiyyətin səriştəsizliyindən, xaos və anarxiyadan, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən, xalqın təkidi və tələbi ilə ikinci dəfə ulu öndərin hakimiyyətə qayıdışından ətraflı danışıb.

Vurğulanıb ki, xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini qorumağı bacardı. Bu gün xalqımız tam əmindir ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin işığı altında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri əldə edəcək.

Tədbir zamanı Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR