Dərc edildi: Baxış sayı: 194
Heydər Əliyev Sarayında yeni TƏYİNAT
Heydər Əliyev Sarayında yeni təyinat olub.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, Sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə - 2023-cü ilin noyabrında təyin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət