Martın 8-i saat Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Ens.Az-a verilən məlumata əsasən, martın 8-i 09:00-dan 9 mart saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində (əsas yolda, hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən ərazidən keçərkən diqqətli olmalarını və müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.